İbrahima Konate fikrini dəyişib. Fransalı müdafiəçi “Liverpul”da qalmaq istəyir.
Futbolinfo.az “LEqupe”ə istnadla xəbər verir ki, təcrübəli stopper “Real”ın ciddi marağına rəğmən, Liverpulda qalmağa qərar verib. O, bitməkdə olan müqaviləsinin müddətini tezliklə uzadacaq. Mərkəz müdafiəçisi bütün suallara Dünya Çempionatınadək aydınlıq gətirmək istəyir.
26 yaşlı Konate 2021-ci ilin yayından “Liverpul”dadır. “Leypsiq”dən 40 mlyon avroya alınan müdafiəçi “Real”la fəal danışıqlar aparırdı. İndi isə eyni maaş artımını ingilislər təmin etdiyi üçün o, Premyer Liqada qalmaq qərarı verib.






