Türkiyə kubokunun ilk finalçısı müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, ilk finalçının adına “Beşiktaş” – “Konyaspor” matçında aydınlıq gəlib.
Son dəqiqələrdə penaltidən fərqlənmiş Konya təmsilçisi finala yüksəlib, “Beşiktaş” isə mübarizəni dayandırıb. Yeganə qolu 90+8-ci dəqiqədə Bardi vurub.
Digər yarımfinal görüşü mayın 13-də keçiriləcək. “Gənclərbirliyi” “Trabzonspor”la qarşılaşacaq.






