“Real”ın hücumçusu Kilian Mbappe 2025/2026 mövsümündə İspaniya La Liqasının bombardiri olub.
Fransalı XXXVIII turda “Atletik”ə qarşı ev matçında (4:2) qol vurub. Nəticədə o, 31 oyunda 25 dəfə qapıya yol tapıb. “Malyorka”nın hücumçusu Vedat Muriqi isə 23 qolla ikinci yeri tutub.
Mbappe ardıcıl ikinci dəfə İspaniya çempionatında ən çox qol vuran oyunçu adını qazanıb. Sonuncu belə oyunçu 2016/2017 mövsümündən başlayaraq beş il ərzində klubun bombardirlər siyahısına başçılıq edən “Barselona”nın argentinalı sabiq hücumçusu Lionel Messi olub.
Mbappe ötən mövsüm “Real”da debüt etmişdi və 31 oyunda 34 qol vurmuşdu.






