Misirdə gözlənilən boks gecəsi baş tutub. Əsas döyüşdə Oleksandr Usiklə Rik Verhoven qarşılaşıb.
Döyüş 11-ci raundda başa çatıb. Referi nokaut qeyd edərək qələbəni Usikə verib. Halbuki bütün döyüş ərzində ukraynalı boksçu rəqibindən zəif təsir bağışlayıb.
Mütəxəssislərin fikrincə bu, Oleksandrın karyerasında ən zəif döyüşü olub. Xatırladaq ki, Usik bu vaxta qədər peşəkar rinqdə bir dəfə də məğlub olmayıb.
Verhoven isə 2-ci peşəkar döyüşündə azarkeşlərin rəğbətini qazanıb. 10 raunddan 9-da üstün olan Rik 11-cidə rəqibin apperkot zərbəsini buraxıb. Bu da çempionluq kəmərinin taleyini həll edib.






