“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola mövsümün sonunda klubdan ayrılmasının səbəbini yorğunluqla əlaqələndirib.
İspaniyalı mütəxəssisin “Siti” ilə müqaviləsi 2027-ci ilin iyun ayına qədər idi. Lakin tərəflər qarşılıqlı anlaşma ilə onu bir il əvvəl dayandırıblar.
“Bir müddət məşqçilik etməyəcəyəm. Bu dəqiqdir. Sizi əmin edirəm ki, gücüm olsaydı, komandada qalardım. Çünki buradan başqa bir yerə getməyə qətiyyən fikrim yoxdur. Düzünü desəm, istirahət etməyə layiqəm. Bir az dincəlmək lazımdır”, – deyə Qvardiola bildirib.
Bu gün “Mançester Siti” Qvardiolanın rəhbərliyi altında son oyununu Premyer Liqada “Aston Villa”ya qarşı keçirəcək. Pep 2016-cı ildən “Mançester Siti”yə rəhbərlik edir.






