“Liverpul”un və Belçika milli komandasının sabiq hücumçusu Divok Oriqi peşəkar futbolçu karyerasını sonlandırıb.

Futbolinfo.az xəbər verir ki, 31 yaşlı forvard sonuncu dəfə 2024-cü ilin aprelində “Nottingem Forest”in heyətində rəsmi oyuna çıxıb.

O, karyerası ərzində “Lill”, “Volfsburq” və ən çox “Liverpul”da çıxışı ilə yadda qalıb.

2014-2022-ci illərdə “Liverpul”da oynayan Oriqi klubla 6 titul qazanıb.

Futbolçu vida mesajında karyerasını “missiya yerinə yetirildi” sözləri ilə yekunlaşdırıb.

Shares: