Elvin Camalov “Araz-Naxçıvan”a keçə bilər. Futbolinfo.az saytının əldə etdiyi məlumata görə, “Neftçi” onunla razılıq əldə edə bilmir.

Belə ki, Bakı klubunun çalışdırıcısı Yuri Vernidub futbolçunu sərəncamında görmək istəyir. Amma klub yarımmüdafiəçiyə indiyədək aldığından daha aşağı maaş təklif edir. “Ağ-qaralar” onu 1 illik müqavilə və hər ay üçün 8 min manat əməkhaqqına layiq bilir.

Futbolçu isə buna razı deyil. O, həm sözləşmənin müddətinin uzadılmasını, həm də maaşının artırılmasını istəyir.

Camalov kluba bildirib ki, ehtiyatda oturmağa razılaşdığı üçün şərtlər onu qane etmir. Son mövsümdə təsadüfi hallarda forma geymiş Elvinə naxçıvanlılar isə daim meydana çıxmaq zəmanəti və daha yüksək maaş təklif edir.

Shares: