MBA final seriyasında 3-cü oyun baş tutub. “Nyu-York Niks” öz meydanında “San Antonio Spörz”ü qəbul edib.

Gərgin keçən qarşılaşmada qonaqlar 115:111 hesablı qələbə qazanaraq seriyada fərqi minimuma endiriblər.

Oyuna daha fəal başlayan Texas təmsilçisi ilk periodu 33:22 hesabı ilə üstün başa vurub. Lakin ikinci bölümdə toparlanan “Niks” 42 xal toplayaraq fasiləyə 7 xal öndə yollanıb. Buna baxmayaraq, üçüncü perioddan etibarən təşəbbüsü yenidən ələ alan “Spörz” matçın sonuna qədər üstünlüyünü qoruyub.

Qalib komandanın heyətində Viktor Vembanyama 32 xalla ən məhsuldar oyunçu olub. “Nyu-York”da isə Ceylen Branson eyni sayda xal toplasa da, komandasını məğlubiyyətdən xilas edə bilməyib.

Qeyd edək ki, qarşılaşmanı tribunadan ABŞ prezidenti Donald Tramp də izləyib. Seriyanın növbəti oyunu da “Medison Skver Qarden” arenasında keçiriləcək.

Shares: