“Mançester Yunayted” Altay Bayındırı heyətində saxlamayacaq. Türkiyəli qapıçı bu yay komandadan ayrılacaq.

Futbolinfo.az xəbər verir ki, 2023-cü ildə “Fənərbağça”dan 5 milyon avroya transfer edilən 28 yaşlı oyunçunun klubla daha bir il uzadılması mümkün olan birillik müqavləsi var. Lakin məşqçilər heyəti onu hətta 3-cü qapıçı kimi də saxlamaq istəmir.

Hazırda məqsəd oyunçunun satılmasıdır. Müştəri olmayacağı halda onun icarəyə verilməsi planlaşdırılır. Altay özü də hazırkı durumundan məmnun deyil və ayrılıq haqda düşünür.

Shares: