“Milan” tezliklə yeni baş məşqçisini açıqlayacaq. Massimiliano Alleqrinin xələfi həftə ərzində bəlli olmalıdır.

Futbolinfo.az xəbər verir ki, bu posta əsas namizəd Oliver Qlasnerdir. 51 yaşlı avstriyalı mütəxəssislə danışıqlar davam edir. Tərəflər anlaşmağa çox yaxındır.

“Kristal Pelas”dan ayrılan çalışdırıcı nəhəng klublardan birini çalışdırmaq arzusundadır. Premyer Liqası klubları onu İngiltərədə saxlamağa maraq göstərmədiyindən hazırda ən optimal variant məhz İtaliya təmsilçisidir.

Shares: