ABŞ-dən yeni investorun cəlb olunmasından sonra “Monako” Basketbol Klubunun Avroliqada iştirakını davam etdirmək ehtimalı yüksəlib.
Məlumata görə, məsələ “Monako”nun Avroliqadakı səhmdarların iclasında müzakirə olunacaq. Əgər iştirakçılar klubun turnirdə qalmasına razılıq versələr, əlavə səsverməyə ehtiyac olmayacaq.
Bildirilib ki, monakolu təmsilçinin müraciəti təsdiqlənməyəcəyi təqdirdə, Avroliqadakı boş yerə dörd klub namizəd hesab olunur. Bunlar “Beşiktaş”, PAOK, “Bahçeşehir Koleji” və “Hapoel Yerusalem”dir.






