Beynəlxalq Tennis Dürüstlüyü Agentliyi (ITIA) rusiyalı tennisçi Anastasiya Suxotinanı 4 il 10 ay müddətinə diskvalifikasiya edib.
26 yaşlı idmançı 2019-2024-cü illər ərzində səkkiz qayda pozuntusunu etiraf edib. O, tennis oyunlarına mərc edib, digər tennisçilərə rüşvət təklif edib və sübutları gizlədib.
Suxotinanın diskvalifikasiyası 16 iyul 2031-ci ildə başa çatacaq. Bundan əlavə, tennisçi 30 min dollar məbləğində cərimə ödəyəcək.
Diskvalifikasiya müddətində Suxotina tennis yarışlarında iştirak edə, məşqçi kimi fəaliyyət göstərə və “Böyük dəbilqə” turnirlərində, ATP, WTA, World Tennis və milli federasiyaların yarışlarında iştirak edə və ya həmin tədbirlərdə ola bilməyəcək.
