İtaliyanın “Roma” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolinfo.az xəbər verir ki, A Seriyası təmsilçisi argentinalı mərkəz hücumçusu Santyaqo Kastronu “Bolonya”dan transfer etdiyini rəsmən açıqlayıb.
21 yaşlı futbolçu ilə müqavilənin müddəti 2031-ci ilin yayına qədər nəzərdə tutulub.
İtaliya mətbuatının məlumatına görə, transfer üçün “Roma” “Bolonya”ya 35 milyon avro ödəyəcək. Razılaşmaya bonuslar və futbolçunun gələcək satışından faiz maddəsinin də daxil olduğu bildirilir.
Kastro 2024-cü ildən “Bolonya”da çıxış edirdi. O, sözügedən klubun heyətində keçirdiyi 105 oyunda 22 qol vurub və 11 məhsuldar ötürmə edib.
