“Şamaxı”da klubdaxili narazılıqlar başlayıb. Baş məşqçi Azər Bağırovun seçimləri bir çox rəsmi şəxsdə ciddi şübhələr yaradıb.

Futbolinfo.az xəbər verir ki, komandanın hazırlıq dövründəki yoxlama oyunlarında bərbad təsir bağışlaması, çalışdırıcının birbaşa istəyi ilə gətirilən legionerlərin səviyyəsinin yaxşı olmaması mümkün uğursuzluq qorxusunu yaradıb. Məşqçinin işinə qarışmaq istəməyən rəhbərlik gedişatın müsbət sonluq vəd etmədiyinin də fərqindədir. Bağırovun oyunçu seçimində alternativlərə diqqət etməməsi, yalnız eyni menecerlərlə işləməsi rəhbərliyi daha çox narazı salan məqamdır.

Yəqin ki, mövsümün startı Bağırov üçün həlledici olacaq. Komanda mövsümə yaxşı başlamasa, klub rəhbərliyi vəziyyətin çox gərginləşməsini gözləmədən onu qovacağı realdır.

Shares: