Türkiyənin paytaxtı Ankarada təlim-məşq toplanışını davam etdirən “Turan Tovuz” yoxlama matçında yerli “Gənclərbirliyi” komandasına qalib gəlib.

Futbolinfo.az xəbər verir ki, Kurban Berdıyevin baş məşqçisi olduğu komanda 4:0 hesablı qələbəyə sevinib.

Tovuz kollektivinin qollarını Dioqo Balau, İbrahima Vadji, Alexandro Serrano və Faiq Hacıyev vurublar.

Xatırladaq ki, “Turan Tovuz” Ankaradakı hazırlıq çərçivəsində İranın U-21 yığması və Türkiyənin I Liqa təmsilçisi “Fatih Karagümrük”lə üz-üzə gəlib. Hər iki oyun 1:1 hesabı ilə başa çatıb. “Iğdır”la baş tutan matçda isə 1:0 hesabı ilə qələbə qazanıb.

Shares: