Dünya futbolu
A Seriyası klubunda baş məşqçi dəyişikliyi

İtaliyanın “Empoli” komandasında baş məşqçi dəyişikliyi qeydə alınıb.
Futbolinfo.az xəbər verir ki, “Empoli” rəhbərliyi komandanın baş məşqçisi Paolo Zanettini istefaya göndərib.
Rəhbərlik “Roma”ya 0:7 hesablı biabırçı məğlubiyyəti ona bağışlamayıb. “Empoli” yeni mövsümə uğursuz başlayıb. Komanda 0:12 ümumi top fərqi ilə dörd məğlubiyyət alıb. Dörd turun nəticələrinə görə, Empoli A Seriyasının turnir cədvəlinin son pilləsindədir.
Artıq “Empoli”nin yeni çalışdırıcısı da bəllidir. Komanda əvvəllər da onu çalışdırmış Aurelio Andreatsoliyə tapşırılıb. 69 yaşlı italyan mütəxəssislə müqavilə bu mövsümün sonuna kimi nəzərdə tutulub.

- Premyer-liqa2023-09-18 13:00
Klublarımızın yay bazarlığı – YENİLƏNİB
- Müsahibə2023-09-18 10:48
“Neftçi”nin legioneri ekspert oldu: “Rəhman Hacıyev istedadını meydanda göstərə bilmirdi”
- Ölkə futbolu2023-09-18 08:00
Sabaha ümid verməyən “Sabah”
- Müsahibə2023-09-19 12:27
Ruan Renato: “İlk gündən söz vermişik”