Dünya futbolu
A Seriyasında unikal göstərici və 21-ci əsrdə ilk
Futbol üzrə İtaliya A Seriyasının 29-cu turu çərçivəsində keçirilmiş “Bolonya” – “Kalyari” matçı qonaqların hücumçusu Covanni Simeone üçün əlamətdar olub.
Futbolinfo.az xəbər verir ki, 1:1 hesabıyla matçda qonaq komandanın yeganə qolunun müəllifi olan argentinalı futbolçu unikal göstəriciyə imza atıb. Belə ki, o, A Seriyası tarixində ilin bütün aylarında qol vurmağı bacaran ilk futbolçuya çevrilib.
Hesabat turu “Atalanta”nın yarımmüdafiəçisi Alexandro Qomes üçün də əlamətdar olub. Belə ki, o, “Napoli”yə 2:0 hesabıyla qalib gəldikləri oyunda cari mövsümdəki məhsuldar ötürmələrinin sayını 15-ə çatdırıb. Bu isə rekord göstəricidi. A Seriyasında 21-ci əsrdə heç bir futbolçu bir mövsüm ərzində bu qədər qol ötürməsinə imza atmamışdı.

- Ölkə futbolu2023-06-03 20:49
Xəbərimiz təsdiqləndi: AFFA İcraiyyə Komitəsi II Divizionun yaradılması üçün göstəriş verdi
- Ölkə kuboku2023-06-03 22:36
Ölkə kubokunu “Qəbələ” qazandı!
- Ölkə futbolu2023-06-03 13:30
Hamidu Keyta rəsmən “Qarabağ”da!
- Ölkə futbolu2023-06-04 08:50
“Neftçi”dən ayrılan futbolçuların ilkin siyahısı