Bizi izləyin

Ölkə futbolu

Abasovun qurduğu komanda ilə 15 legionerli Rəfiyevə “06” hədiyyəsi

blank
blank

“Qarabağ” mövsümü məğlubiyyətsiz başa vurmağa köklənib. Komanda artıq avrokubokda çıxışını dayandırıb və Premyer Liqaya köklənib. İki cəbhəyə güc sərf edərkən qarşısıalınmaz olan ağdamlıları indi, gərgin qrafikdən qurtulduğu bir vaxtda dayandırmaq daha çətin olacaq.

Dünənki matç da bunu göstərdi. Daha sakit, təzyiq hiss etməyən, rahat oynayan “Qarabağ”ın qarşısına çıxanlar maksimum heç-heçə haqda düşünməlidir. Lakin Misli Premyer Liqasının 27-ci turunun açılış matçında rəqibini qəbul edən “Sumqayıt”ın bunu düşünməyə vaxtı olmadı. 12-ci dəqiqəyə kimi iki qol vuran qonaqlar çempionatda yaranan fasiləyə rahat getmək istədiklərini göstərdilər.

6:0 hesabı ilə bitən matçın xronologiyasına varmağa dəyməz. Meydanda oyuna diqtə edən bir komanda var idi və “Sumqayıt” yalnız müdafiə olunmağa çalışan, amma zərbələr buraxan həvəskar boksçuya bənzəyirdi. “Qarabağ”ın çəpəki vuruşları effektli olunca yekunda nokaut qeydə alındı.

Matçdan sonra “Sumqayıt”ın baş məşqçisi Samir Abasovun çarəsizliyin duyulduğu açıqlamaları gözlənilən idi. Amma onun rəqibin gücünü önə çəkməsi çıxış yolu deyil. “Kimyaçılar” faktiki nə etdiyini bilməyən kollektiv təsiri bağışlayırdı. Halbuki son illər bu komandanın daha zəif heyətlə “Qarabağ”a qarşı daha yaxşı oynadığı vaxtlar az olmayıb.

Bəli, ustalıq baxımından qüvvələr nisbəti fərqlidir. Lakin bu, “Sumqayıt”ın ən azı döyüşməsinə əngəl olmamalıdır. Bəlkə də ötən illərdə “kimyaçılar”ın bu qədər rahat uduzmağa daha çox haqqı var idi. Bu mövsümdə isə legionerlərlə güclənməsinə icazə verilən komanda belə ruhsuz olmamalıdır. Yerli oyunçular bir yana, “Sumqayıt” cari çempionat üçün 15 legioner transfer edib. Bəs, keyfiyyət hanı?

Yayda klub prezidenti Riad Rəfiyev Aleksey Baqanın adından istifadə edərək bir dəstəni gətirdi, qışda isə Abasov əksəriyyətini – ustalıq səviyyələri yetərli olmadığı üçün haqlı olaraq – göndərib yeni komanda qurdu. Lakin yeni gələnlərə baxsaq, aşağı-yuxarı hamısı eyni səviyyədə olan sıradan oyunçulardır. Səriştəli klub rəhbərliyi, məşqçilər saya yox, keyfiyyətə üstünlük verərdi, 15 əcnəbinin əvəzinə daha keyfiyyətli 5 legioner gətirərdi və onlar bu gün komandanı arxasınca daşıyardı – “Qəbələ” kimi, “Turan Tovuz” kimi…

Amma yox, elə olsa, menecer-prezident Riad Rəfiyev hər transfer dövründə şəxsi avtomobilini yeniləyə bilməzdi, ən son buraxılış olan nəqliyyat vasitəsində gəzməzdi. Hər legioner dövlət büdcəsindən gələn maliyyədən komisyon haqqı qazanmaq deməkdir. Ondan necə imtina etsin? Axı, Rəfiyev kluba biznes obyekti kimi baxır, komandanın xal qazanması yox, özünün pul qazanması daha vacibdir.

0:6 təsadüfi hesab deyil, maşın markasına işarədir. Riad bəy klubdan qamarladıqlarını xarici avtomobillərə xərcləyib “06” sürmək istəməsə də, onun komandasını buna layiq bildilər. Rəfiyevlə “Qarabağ” faktiki eyni işi görür – klubun ALTInı üstünə çevirirlər.

blank

Abasov da bəhanə axtarmamalıdır. Baqaya xələf olarkən “bu, mənim komandam deyil” deyib məsuliyyətdən yayınırdı. Amma indiki komanda məhz onundur – istədiyi qədər transfer edib, hazırlıq keçib. Məğlubiyyət yetimdir, heç kim yiyə durmaq istəmir, amma yaxın günlərdə yeni tikilən müasir stadionu istifadəyə veriləcək şəhərin komandası Diviziona yuvarlananda gec olacaq.

Turun digər oyunu bitəndə bəlli oldu ki, “Sabah” “Qarabağ”ın çempionluğu reallaşdıracağı günü gecikdirmək üçün əlindən gələni edəcək. Zirədə baş tutan “qartal” – “bayquş” döyüşündə caynağı güclü olan qonaqlar qalib gəldi. İlk hissə əsl mübarizəyə səhnə olsa da, fasilədən sonra ustalıq işə düşdü və qüvvəsi yetməyən meydan sahibləri təslim oldu.

“Sabah” layiqli oyunla qalib gəldisə, “Zirə”nin məğlubiyyəti düşündürücüdür. Qəsəbə təmsilçisi heç cür özünə gələ bilmir. Qışa kimi topladığı xallar sayəsində hələ də 4-cü pillədə olan komanda 2023-cü ildə 9 oyuna cəmi 2 qələbə qazanıb. Zəngin heyət hər tur rotasiya aparmaq yox, ən yaxşılardan faydalanmaq üçündür.

Beləliklə, 4 komanda milli komandaların oyunları üzündən yaranan fasiləyə daha erkən yollandı. Bu, finiş ərəfəsində sonuncu nəfəsdərmə fürsətidir. Çempionat bərpa olunandan sonra heç bir səhvi sığortalamağa imkan olmayacaq. Digər 3 komandanın hədəfləri və durumu bəllidir, “Sumqayıt” isə toparlanmağa məcburdur. Komandanı son pillədən, bir oyun artıq keçirmək şərti ilə, 4 xal ayırır. Son dövrədə hər xal qızıldan qiymətli olacaq.

FƏRİD

Reklam

Reklam


blank
Dünya futbolu2024-01-19 10:32

Quedeş İspaniyaya qayıdır

blank
Dünya futbolu2024-01-19 10:15

Bundesliqada dekabrın ən yaxşı oyunçusu açıqlandı

blank
Ölkə futbolu2024-01-19 10:00

“Neftçi”nin Kamilləşmə dərdi

blank
Ölkə futbolu2024-01-19 09:45

“Qarabağ”ın sabiq məşqçisi psixoloq yardımına möhtacdır

blank
Dünya futbolu2024-01-19 09:27

“Qarabağ”ın rəqibindən əzmkar qələbə

blank
Ölkə futbolu2024-01-19 09:10

Mutu “Neftçi”yə görə 100 min avrodan keçib

blank
Ölkə futbolu2024-01-19 08:52

“Kocaelispor” Ramil Şeydayevi sifariş etdi

blank
Ölkə futbolu2024-01-19 08:34

Kontenin transferinə nə qədər xərcləndi?

blank
Dünya futbolu2024-01-19 08:17

“Neftçi”nin legioneri BƏƏ yığmasına qarşı oynadı

blank
Ölkə futbolu2024-01-19 08:00

Premyer Liqa: ilk yarının seçilənləri

blank
Dünya futbolu2024-01-19 03:31

“Real” “Atletiko”ya uduzdu, kubokda mübarizəni dayandırdı

blank
Dünya futbolu2024-01-19 02:06

“Napoli” darmadağınla finalda

blank
Dünya futbolu2024-01-19 01:44

Henderson rəsmən “Ayaks”da

blank
Müsahibə2024-01-19 00:57

“Kəpəz” ilk gündən məndə xoş təəssürat yaratdı”

blank
Dünya futbolu2024-01-19 00:36

1/8 finalın bütün iştirakçıları müəyyənləşdi

blank
Dünya futbolu2024-01-19 00:03

“Qalatasaray” Diniyevli “Ümraniyəspor”u darmadağınla keçdi

blank
Digər idman növləri2024-01-18 23:48

Azərbaycan birinciliyinin fərdi yarışları başa çatdı

blank
Dünya futbolu2024-01-18 23:18

“Napoli” müdafiəçisini icarəyə verdi

blank
Dünya futbolu2024-01-18 23:05

Azərbaycanlı futbolçunun komandası Türkiyə kuboku ilə erkən vidalaşdı

blank
Dünya futbolu2024-01-18 22:09

“Qarabağ”ın rəqibində ayrılıq

blank
Dünya futbolu2024-01-18 21:49

Məhəmmədəliyevin komandasında yeni baş məşqçi

blank
Dünya futbolu2024-01-18 21:15

Kin “Atletiko”ya keçə bilər

blank
Dünya futbolu2024-01-18 20:40

Retkliffin 4 hədəfi

blank
Ölkə futbolu2024-01-18 19:05

“CBC Sport” “Xəzər Bakı” barədə videoreportaj hazırladı – VİDEO

blank
Dünya futbolu2024-01-18 18:39

“Real Sosyedad” satacaq, “Real” da qazanacaq

blank
Digər idman növləri2024-01-18 18:24

“Azərreyl” liderliyi ələ keçirdi

blank
Dünya futbolu2024-01-18 18:12

Henderson 2,5 illik müqavilə bağlayacaq

blank
Digər idman növləri2024-01-18 18:00

Avstraliyada gərgin oyunlar və sensasiyalar

blank
Digər idman növləri2024-01-18 17:45

Formula 1 və komandaların saytları 20 il əvvəl

blank
Ölkə futbolu2024-01-18 17:33

Azərbaycan kubokunun 1/8 final mərhələsinin oyun cədvəli bəlli oldu

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:40

Şahin Diniyev: “Ən çətin oyunlarımızdan birini keçirdik” – VİDEO

Facebook

Gündəm