Dünya futbolu
Abramoviç “Çelsi”ni satdı
İngiltərənin “Çelsi” klubunun yeni sahibləri bəlli olub.
Futbolinfo.az xəbər verir ki, bu barədə London təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, ABŞ-dan olan iş adamları Todd Boeli, Mark Uolter, isveçrəli milyarder Hansyorq Viss və “Clearlake Capital” investisiya şirkətindən ibarət qrup klubun alınması ilə bağlı şərtləri razılaşdırıb.
Yatırılan ümumi sərmayənin 2.9 milyard avrosu “zadəganlar”ın səhmlərinin alınmasına sərf olunacaq və bu gəlir xeyriyyə işlərinə yönləndiriləcək. Bundan əlavə, yeni sahiblər kluba əlavə 2 milyard avro investisiya qoyacaqlar. Satışın mayın sonunda tam başa çatacağı gözlənilir.
Xatırladaq ki, Britaniya hakimiyyəti Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra Roman Abramoviçin, o cümlədən klubunun aktivlərini bloklamışdı. Bu səbəbdən funksioner fevralın 26-da klubun idarəçiliyini “Çelsi” Xeyriyyə Fondunun qəyyumlarına təhvil vermişdi. Martın 2-də isə o, klubu satmaq niyyətində olduğunu açıqlamışdı.
- Premyer-liqa2024-01-26 12:50
Premyer Liqada qış bazarlığı – YENİLƏNİR
- Ölkə futbolu2024-01-26 14:15
Araz Abdullayev daha bir həmyerlimizi yanına apardı
- Ölkə futbolu2024-01-26 08:00
Axına qarşı üzən Hacıyev: baş katibi Tovuza aparan səbəb nədir?
- Ölkə futbolu2024-01-26 09:10
Mutu Matiası yanına aparmaq istəyir