Bizi izləyin

Digər idman növləri

AÇ-də son 15 ilin uğuruna imza atan yığma ilə görüş keçirildi

blank
blank

Azərbaycan Taekvondo Federasiyasında (ATF) Maltanın paytaxtı Vallettada yeniyetmələr arasında Avropa birinciliyində 3 qızıl, 2 gümüş və 3 bürünc medal qazanan milli komanda ilə görüş keçirilib.

Futbolinfo.az xəbər verir ki, görüşdə ATF-in vitse-prezidentləri Nağı Səfərovla Niyaməddin Paşayev, İdarə Heyətinin üzvü Vüqar Məmmədov, Nəzarət-Təftiş Komitəsinin sədri Bəxtiyar Mirzəliyev, yığmanın baş məşqçisi Rəşad Məmmədov, məşqçisi Vurğun Cəfərov və taekvondoçular iştirak ediblər.

Nağı Səfərov bildirib ki, yekunlaşmaqda olan il Azərbaycan taekvondosu, xüsusilə də yeniyetmələrdən ibarət komanda üçün çox uğurlu il olub:

“2022-ci ildə dünya çempionumuz oldu, Avropa çempionlarımızın sayı artdı. Böyüklər və gənclərdən ibarət komandalarla müqayisədə hələlik ən böyük uğur sizə məxsusdur. Bu da sizin ilin yığması olmanız deməkdir. Bu münasibətlə sizi və müəllimləri təbrik edirəm. Qazanılan uğurlarda hər birinizin böyük əməyi var. Dünya çempionatında fəxri kürsüdə yer ala bilməyən taekvondoçular Avropa birinciliyində sözləri dedi. İnanıram ki, bununla kifayətlənməyəcəksiz və uğurlarınız davam edəcək”.

Federasiya rəsmisi vurğulayıb ki, dünya və Avropa birinciliklərində artıq öz sözünü deyən komanda üzvləri adlarının həmişə yüksəkdə olması üçün daha səylə məşq etməli, müəllimlərin verdiyi tapşırıqları yerinə yetirməlidir.

Niyaməddin Paşayev yeniyetmələrdən ibarət komandanın il ərzində çıxış etdiyi yarışlardan uğurla qayıtmasını federasiya üçün böyük qürur adlandırıb. O, yarışlarda Azərbaycan bayrağını yüksəklərə qaldırıb, himnimizi səsləndirən idmançılara təşəkkürünü bildirib.

15 ildən sonra Avropa birinciliyindən tarixi uğurla qayıdan komandanı qarşıda daha böyük və məsuliyyətli turnirlər gözlədiyini qeyd edən vitse-prezident taekvondoçulara məsləhətlərini də verib:

“Bu, məşqçi və ailəniz üçün böyük uğurdur. Çalışıb qazandığınız bu titulları daha yüksəltmək lazımdır. Bunun üçün üzərinizdə daha çox işləməli, növbəti yaş qruplarında da inamlı çıxış vacibdir. Hər birinizin döyüşün izlədim. Çox yaxşı döyüşdüz. Sonadək irəliləmək üçün rəqibin fərqi olmamalıdır. Əgər sən çempion olmaq istəyirsənsə, hamıdan güclü olmalısan, bütün döyüşlərini qələbə ilə bitirməlisən və qarşında heç bir maneə olmamalıdır”.

Yığmanın baş məşqçisi Rəşad Məmmədov komandaya inam üçün federasiya rəhbərliyinə minnətdarlıq edib. O bildirib ki, Avropa birinciliyində böyük heyətlə çıxış etmək faydalı olub: “Etimad göstərdiyimiz hər bir uşağı sınamaq imkanı əldə etdik.

Uğurlarımızda komandaya yaradılan şəraitin də xüsusi rolu var. Çünki həm yarışa çox yaxşı hazırlaşdıq, həm də Vallettada hər şey bizim üçün çox yaxşı təşkil edildi. Çalışacağıq ki, bununla kifayətlənməyək və uğurlarımız davamlı olsun”.

Komandanı təbrik edən Vüqar Məmmədov və Bəxtiyar Mirzəliyev də yığmanın son yarışlardan uğurla dönməsini yüksək qiymətləndiriblər. Onlar qeyd ediblər ki, vacib məqam bu uğurun davamını gətirmək və daim yüksəklərdə qalmaqdır.

Ardınca taekvondoçular çıxışlarını dəyərləndirib və döyüşlərlə bağlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Vallettada Zəhra İsayeva (29 kq), İlyas Hətəmli (37 kq), Vasif Səlimov (53 kq) qızıl, Xuraman Cavadzadə (37 kq), Elcan Əliyev (65 kq) gümüş, Mehdi Budaqlı (33 kq), Fuad Məhərrəmli (45 kq) və Bahadur Dostuyev (49 kq) bürünc medal qazanıb. Milli 8 medalla həm oğlanların, həm də ümumu komanda hesabında Avropanın 3-cüsü olub.

Reklam

Reklam

Reklam


blank
Dünya futbolu2023-02-07 19:12

Poçettino və Keyn yenə bir komandada?

blank
Layihə2023-02-07 18:44

Futbolda sistemsiz idarəetmə üzündən gənclərin gələcəyini məhv edirik

blank
Dünya futbolu2023-02-07 18:19

PSV-nin Xavi Simons narahatlığı

blank
Ölkə futbolu2023-02-07 18:00

Millimizin futbolçusu matçdan öncə göz yaşlarına hakim ola bilmədi

blank
Dünya futbolu2023-02-07 17:37

TFF bu müddətdə bütün oyunların təxirə salındığını açıqladı

blank
Müsahibə2023-02-07 17:25

“Bizə yaraşmayan səhvləri təkrarladıq”

blank
Ölkə futbolu2023-02-07 17:11

AFFA-nın keçirdiyi liqalarda zəlzələ qurbanlarının xatirəsi yad ediləcək

blank
Dünya futbolu2023-02-07 16:49

Türkiyə klubunda iki yeni futbolçu

blank
I Divizion2023-02-07 16:10

“Kəpəz” evdə, “Turan Tovuz”la “Qəbələ” səfərdə sevindi

blank
Dünya futbolu2023-02-07 15:50

Super Liqa klubunda bir ayrılıq, bir yeni futbolçu

blank
Ölkə futbolu2023-02-07 15:21

Fəhmin Muradbəylinin yeni klubu bəlli oldu

blank
Dünya futbolu2023-02-07 15:00

Türkiyəli futbolçu zəlzələdə öldü

blank
Dünya futbolu2023-02-07 14:46

Yığmamızın keçmiş üzvü Abidala qarşı

blank
Dünya futbolu2023-02-07 14:31

Afrikanın ən yaxşıları bəlli oldu

blank
Ölkə futbolu2023-02-07 14:16

Yüksək Liqada XII turun hakim təyinatları

blank
Müsahibə2023-02-07 14:00

“Kubokun finalında oynamaq istəyirik” – “Turan Tovuz”un futbolçusu

blank
Dünya futbolu2023-02-07 13:45

“Qarabağ”ın rəqibindən Türkiyəyə dəstək

blank
Dünya futbolu2023-02-07 13:33

Türkiyə klubunun hücumçusu dağıntılar altından sağ çıxarıldı

blank
Milli komanda2023-02-07 13:16

Polşa – Azərbaycan oyununun başlama saatı açıqlandı

blank
Ölkə futbolu2023-02-07 13:00

“Getdikcə ağrılar atırdı” – “Turan Tovuz”un müdafiəçisi

blank
Ölkə futbolu2023-02-07 12:43

Lisenziyalaşdırma Qrupu UEFA seminarında iştirak edib

blank
Digər idman növləri2023-02-07 12:22

Millimizin oyunlarının təqvimi açıqlandı

blank
Digər idman növləri2023-02-07 12:07

Türkiyədə voleybolçu cütlük vəfat edib

blank
Ölkə futbolu2023-02-07 11:51

“Gent”in oyunçusu: “Bakıya qalib kimi yollanmaq istəyirik”

blank
Müsahibə2023-02-07 11:38

Rövlan uğursuz seriyadan narahatdır: “Hamı bir-birinə inanır”

blank
Ölkə futbolu2023-02-07 11:18

Paytaxt klubunun rekordçu və yubilyarı

blank
Digər idman növləri2023-02-07 11:00

Azərbaycanın 5 boksçusu yarımfinalda!

blank
Dünya futbolu2023-02-07 10:49

“Çelsi”dən gizli sövdələşmə: Leaonun borcunu ödəyəcəklər

blank
Ölkə futbolu2023-02-07 10:28

“Sabah”da yeni rekord

blank
Dünya futbolu2023-02-07 10:17

Sanset uğrunda mübarizə

blank
Premyer-liqa2023-02-06 20:26

“Sabah” 3 xalı 4 cavabsız qolla qazandı – VİDEO

blank
Premyer-liqa2023-02-06 16:35

“Şamaxı” “Turan Tovuz”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-02-05 21:21

“Sumqayıt” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-02-05 19:10

Zirədə 4 qolluq heç-heçə – VİDEO

blank
Ölkə futbolu2023-02-05 13:51

“Neftçi” “Sumqayıt”la matça ciddi itkilərlə çıxacaq

blank
Premyer-liqa2023-02-04 17:07

Tərlan Əhmədov: “Bu gün daha nizamlı, əzmkar çıxış etdik” – VİDEO

blank
Premyer-liqa2023-02-04 16:43

“Kəpəz” “Qarabağ”dan belə xal aldı – VİDEO

blank
Premyer-liqa2023-02-01 20:34

“Zirə” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-02-01 18:38

“Sabah” Qəbələdə 3 cavabsız qola sevindi – VİDEO

blank
Ölkə futbolu2023-01-31 22:53

Saldanya adını “Neftçi”nin tarixinə yazmaq istəyir – VİDEO

blank
Ölkə futbolu2023-01-31 21:03

“Səbail” “Kəpəz”i tək qolla yendi – VİDEO

blank
Premyer-liqa2023-01-31 18:44

“Qarabağ” 3 xalı 3 qolla qazandı – VİDEO

blank
Premyer-liqa2023-01-30 20:36

“Sumqayıt” – “Turan Tovuz” matçında 3 qol – VİDEO

blank
Premyer-liqa2023-01-26 22:13

“Neftçi” “Sabah”a belə uduzdu – VİDEO

blank
Ölkə futbolu2023-01-26 17:03

“Neftçi” növbəti transferini açıqladı – VİDEO

blank
Premyer-liqa2023-01-26 14:00

“Neftçi” “Sabah”la oyuna 3 ciddi itki ilə çıxacaq

blank
Premyer-liqa2023-01-25 19:29

“Zirə” “Sumqayıt”ı hesabı açmasına peşman etdi – VİDEO

blank
Ölkə futbolu2023-01-25 17:12

“Turan Tovuz” – “Qarabağ” matçında 5 qol – VİDEO

blank
Ölkə futbolu2023-01-24 23:10

“Qarabağ” yeni transferini rəsmən açıqladı – VİDEO

blank
Premyer-liqa2023-01-24 17:30

“Kəpəz” – “Qəbələ” matçında 4 qol – VİDEO

blank
Premyer-liqa2023-01-24 17:00

Elmar Baxşıyev: “Komandamız xarakter göstərdi” – VİDEO

blank
Premyer-liqa2023-01-24 16:49

Tərlan Əhmədov: “Tapşırıq tamamilə başqa idi” – VİDEO

blank
Digər idman növləri2023-01-23 17:17

Azərbaycan güləşçiləri ilin ilk sınağına hazırlaşır – VİDEO

blank
Ölkə futbolu2023-01-21 18:46

“Neftçi” böyük və tanınmış klubdur” – VİDEO

blank
Dünya futbolu2023-01-19 23:29

Messi hesabı açdı, Ronaldo dubla imza atdı – VİDEO

blank
Ölkə futbolu2023-01-19 21:27

“Neftçi” serblərə belə məğlub oldu – VİDEO

blank
Ölkə futbolu2023-01-19 20:24

“Kəpəz”dən “Kaysar”a 3 cavabsız qol – VİDEO

blank
Ölkə futbolu2023-01-19 16:53

“Neftçi” yeni transferini açıqladı – VİDEO

blank
Ölkə futbolu2023-01-19 13:54

“Sabah” – “Voyvodina” matçında 6 qol – VİDEO

blank
Ölkə futbolu2023-01-19 10:20

“Qarabağ”dan bir qələbə, bir məğlubiyyət – VİDEO

Facebook

Gündəm