Digər idman növləri
AÇ: Millimiz yarımfinalda uduzdu
San Marinoda təşkil olunmuş 18 yaşadək basketbolçular arasında Avropa çempionatının C divizionunda yarımfinal görüşləri keçirilib.
Futbolinfo.az xəbər verir ki, B qrupunun lideri kimi dörd ən güclü kollektiv sırasına yüksələn Azərbaycan millisi həlledici görüşə vəsiqə uğrunda A qrupunda ikinci yeri tutan Albaniya ilə üz-üzə gəlib.
Təəssüf ki, komandamız əvvəlki oyunlardakı uğurun davamını bu görüşdə gətirə bilməyib. Basketbolçularımız meydanı 56:76 hesablı məğlubiyyətlə tərk ediblər.
Digər yarımfinal qarşılaşmasında isə Monako və Lüksemburq komandaları münasibətlərinə aydınlıq gətirib. Monako komandası bu oyunda 80:65 hesabıyla qalib gəlib.
Beləliklə, iyulun 31-də baş tutacaq final görüşündə Monako və Albaniya yığmaları üz-üzə gələcək. Azərbaycan millisi isə üçüncü yer uğrunda görüşdə Lüksemburqu sınağa çəkəcək.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…