Digər idman növləri
AÇ: Yığmamızın oyunlarının vaxtı bəlli oldu

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin 2023-cü ildə keçiriləcək Avropa çempionatındakı oyunlarının təqvimi bəlli olub.
Futbolinfo.az xəbər verir ki, Almaniyanın ev sahibliyi edəcəyi C qrupunda yer alan komanda mübarizəyə avqustun 18-də başlayacaq.
Ardıcıl 10-cu dəfə Avropa çempionatında iştirak edəcək yığmanın rəqibləri Almaniya, Çexiya, Türkiyə, İsveç və Yunanıstan olacaq.
Milli AÇ-2023-də ilk oyununu Çexiya kollektivinə qarşı keçirəcək. Voleybolçular bir gün sonra ev sahibləri ilə üz-üzə gələcəklər.
Qrup mərhələsinin 3-cü turunda milli Türkiyə ilə qarşılaşacaq. Yarışın növbəti günündə istirahət edəcək komanda avqustun 22-də Yunanıstanla münasibətlərinə aydınlıq gətirəcək. Yığma avqustun 23-də baş tutacaq qrupdakı son matçında isə İsveçə rəqib olacaq. Qrupda mübarizəyə bir gün sonra yekun vurulacaq.
Qeyd edək ki, qrupda ilk dörd yeri tutacaq kollektivlər növbəti mərhələyə yüksələcək.

Reklam
- Ölkə futbolu2023-02-04 09:35
Qurban Qurbanovun nəcib addımını Gəncədə unutmayıblar
- Ölkə futbolu2023-02-03 18:31
Bizim Miura: 53 yaşına kimi futbol oynayan “At Əli” – VİDEO
- Ölkə futbolu2023-02-04 14:16
“Qarabağ” fanatları Gəncədə problemlə üzləşdi
- Premyer-liqa2023-02-04 15:53
“Qarabağ” Gəncədə xal itirdi