Digər idman növləri
ACF niderlandlı mütəxəssislə yollarını ayırdı

Cüdo üzrə Azərbaycan millisinin performans direktoru Mark van der Ham postundan ayrılıb.
Futbolinfo.az xəbər verir ki, o, 7-13 mayda Qətərin paytaxtı Dohada keçirilmiş dünya çempionatından sonra istefa ərizəsini Azərbaycan Cüdo Federasiyasına təqdim edib.
Bu üzdən də niderlandlı mütəxəssislə müqaviləyə xitam verilib.
Mark van der Ham bütün Azərbaycan idmançılarına, heyət üzvlərinə gələcək karyeralarında və yarışlarda uğurlar arzuladığını söyləyib: “Azərbaycanda olduğum müddətdə Federasiya tərəfindən göstərilən hərtərəfli dəstəyə görə təşəkkürümü bildirirəm”.
ACF Mark van der Hama Azərbaycanda cüdonun inkişafında göstərdiyi səylərə, milli yığmaların işinin təşkilində göstərdiyi xidmətlərə görə təşəkkürünü bildirib və gələcək karyerasında uğurlar diləyib.

- Milli komanda2023-09-15 10:30
“Mane olmasaydılar, ən azı 18-19 qol vurardım”
- Ölkə futbolu2023-09-15 08:00
CAS-dan qərar gəldi: AFFA və “Sumqayıt” cəzalandı!
- Ölkə futbolu2023-09-15 18:20
Şeydayevdən iki məhsuldar ötürmə
- Müsahibə2023-09-15 14:00
Nemanya Andelkoviç: “Zirə”nin potensialı var, amma zirvədə qərarlaşmaq hələ uğur deyil”