İyunun 24-də Parisdə Olimpiada üçün qayıqlarla paradının məşqi keçiriləcək. Bu barədə “Le Parisien” nəşri məlumat verib.

Oyunların açılış mərasimi zamanı idmançıların paradı Sena çayı boyunca olacaq, hər bir nümayəndə heyəti ayrıca qayıqla paradda iştirak edəcək. Paradda 10 500 idmançının iştirak edəcəyi, 300 000-dən çox insanın isə sahildən bu mərasimi izləyəcəyi planlaşdırılır.

Repetisiya tədbirində 100-ə yaxın çay gəmisi iştirak edəcək.

Xatırladaq ki, Olimpiya Oyunları iyulun 26-da başlayacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp