Türkiyəli iş adamı Acun Ilıcalının sahibi olduğu İngiltərənin Çempionşip təmsilçisi “Hall Siti” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Futbolinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “pələnglər”i qarşıdakı 3 ildə Tim Valter çalışdıracaq.

48 yaşlı mütəxəssis bu postda istefaya göndərilən Liam Rosenyoru əvəzləyib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp