Bizi izləyin

Müsahibə

Adamiya: “Qurbanov ən doğru məqamda Quqeşaşviliyə şans verdi”

blank
blank

Azərbaycanda “Neftçi”, “Bakı”, “Qarabağ” və “İnter”in (hazırkı “Şamaxı”) formasını geyinmiş gürcüstanlı sabiq futbolçu Georgi Adamiyanın futbolinfo.az saytına müsahibəsi

– Sabiq komandanız “Qarabağ” Avropa Liqasının pley-off mərhələsində Sloveniya “Olimpiya”sını üstələməklə qrupda oynamaq şansı qazandı. Ağdam klubunun həm səfər, həm də Bakıdakı matçda sərgilədiyi oyun haqda nə deyə bilərsiniz?

– Səfərdə 2:0 hesabı ilə qalib gəldikləri oyunu canlı izlədim. “Qarabağ”ın Sloveniyada sərgilədiyi futbol çox xoşuma gəldi. Bütün komponentlərdə rəqibi üstələdilər və əla oyun göstərdilər. Bu, hesabda da öz əksini tapdı. Cavab qarşılaşmasını izləyə bilməsəm də, matçın icmalına baxdım. Bakıda “Qarabağ”ın üzərinə düşən iş hesabdakı üstünlüyünü qorumaq idi. 1:1 hesabı qrup mərhələsinə düşmək üçün bəs etdi və klub qarşısına qoyulan hədəfə çatdı. Bunu bacarıblarsa, deməli, “Qarabağ”ın “Olimpiya” ilə hər iki oyundakı çıxışını müsbət qiymətləndirmək olar.

– Bununla “Qarabağ” ardıcıl 10-cu dəfə avrokubokların qrup mərhələsində oynamaq şansı qazandı…

– Bu, “Qarabağ” və Azərbaycan üçün böyük uğurdur. Kiçik bir ölkənin futbol komandasının ardıcıl 10 il avrokubokların qrup mərhələsinə vəsiqə qazanması möhtəşəm nailiyyətdir. Üstəlik, nəzərə almaq lazımdır ki, “Qarabağ” bu müddətdə bir dəfə Çempionlar Liqasının qrupunda oynayıb. Avropada bunun həsrətində olan o qədər klub var ki.

– “Qarabağ” Avropa Liqasında “Bayer” (Almaniya), “Molde” (Norveç) və “Hakken” (İsveç) klubları ilə eyni qrupda mübarizə aparacaq. Komandamızın qrupdan çıxmaq şansını necə dəyərləndirirsiniz?

– Asan qrup deyil. Hər biri çətin rəqibdir. Futbolla maraqlananlar bu komandalar haqda məlumata sahibdirlər, güclərini bilirlər. “Qarabağ” üçün asan olmayacaq. Bununla belə, qrupdan çıxmaq üçün əlindən gələni edəcəyinə, sona qədər vuruşacağına əminəm.

– “Qarabağ” Çempionlar Liqasında “Rakuv” səddini keçə bilmədiyinə görə sərt tənqidlərə məruz qalmışdı. Hətta həmin oyunlardan sonra Ağdam klubunun Avropa Liqasının da qrup mərhələsinə düşə bilməyəcəyini proqnozlaşdıranlar var idi…

– Çempionlar Liqasının qrup mərhələsinə düşməyi “Qarabağ”ın futbolçuları, məşqçilər korpusu və rəhbərliyindən çox heç kim istəyə bilməzdi. Ancaq bu, futboldur və belə alındı. Komanda “Rakuv” səddini keçə bilməsə də, Avroliqanın qrup mərhələsinə vəsiqə qazanmaq şansı qalmışdı. “Qarabağ” da bu şansdan lazımınca yararlandı. Avropa Liqasının qrupuna düşmək də böyük uğurdur. Bu cür oyun sərgilədiyinə, hər il avrokubokların qrup mərhələsinə vəsiqə qazandığına görə, “Qarabağ”a əhsən düşür. Təbii ki, hamı “Qarabağ”ı tarixində ikinci dəfə Çempionlar Liqasının qrupunda görmək istəyirdi. Amma nə etmək olar? Əsas odur ki, Avropa turuna davam edirlər.

– “Qarabağ”a ünvanlanan tənqidlərin hədəfində qapıçı Şahruddin Məhəmmədəliyev də var idi. Avrokubok oyunlarında buraxılan kobud səhvlərdən sonra əksəriyyət “çərçivə”nin davamlı olaraq Şahruddinə həvalə edilməsini yanlış sayırdı. Nəhayət, “Olimpiya” ilə matçlarda baş məşqçi Qurban Qurbanov qapıda Luka Quqeşaşviliyə şans verdi. Siz də Qurbanovun həmyerlinizə daha çox şans verməli olduğunu düşünürsünüz?

– Azərbaycan mətbuatını izlədiyim üçün Şahruddinin çox tənqid olunduğunu, azarkeşlərin onun çıxışından razı qalmadığını bilirəm. Qurban Qurbanovun qapı xəttində dəyişiklik etməyə gecikdiyini düşünmürəm. Baş məşqçi “Olimpiya” ilə matçlarda dəyişikliyi etməyi lazım bildi. Fikrimcə, ən doğru məqamda Lukanı meydana buraxdı.

– Yeri gəlmişkən, həmyerlinizin “Olimpiya” ilə oyunlardakı çıxışından razı qaldınız?

– İlk oyunu canlı izlədiyim üçün deyə bilərəm ki, Quqeşaşvili həmin matçda çox yaxşı təsir bağışladı, bir neçə çətin epizodda komandasını qoldan xilas etdi. Cavab görüşündə də hər hansı kobud səhv buraxmadı. Deməli, hər iki görüşdə layiqli oyun göstərdi və komandasına Avroliqanın qrupuna düşməkdə kömək etdi. Bu da onu göstərir ki, Qurban Qurbanov ən doğru məqamda Quqeşaşviliyə şans verdi.

FƏRİD

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Digər idman növləri2023-11-30 12:01

Şengünün komandasının ardıcıl 7-ci uğursuzluğu

blank
Digər idman növləri2023-11-30 11:47

“Ferrari” hər iki pilotu ilə müqaviləni artırır

blank
Dünya futbolu2023-11-30 11:30

Liqa 1 klubunda yeni baş məşqçi

blank
Ölkə futbolu2023-11-30 11:12

“Komanda olaraq bunu bacaracağıq”

blank
Digər idman növləri2023-11-30 10:55

Qadın idmanında gəlirlər artır

blank
Dünya futbolu2023-11-30 10:37

Konfrans Liqası: Mahirli “Dinamo”nun “Astana” sınağı

blank
Digər idman növləri2023-11-30 10:20

Daha 7 güləşçimiz mübarizəyə başlayır

blank
Dünya futbolu2023-11-30 10:02

Nainqqolan İndoneziyada oynayacaq

blank
Dünya futbolu2023-11-30 09:47

Milyardlıq Arauxoya alman marağı

blank
Dünya futbolu2023-11-30 09:29

Həftənin ən yaxşı oyunçusu adına namizədlər

blank
Dünya futbolu2023-11-30 09:11

Avroliqa: “Bayer” “Hakken”ə qarşı

blank
Ölkə futbolu2023-11-30 08:52

“Qarabağ”ın Norveç sınağı

blank
Dünya futbolu2023-11-30 08:35

Şevçenko “Milan”a qayıdır?

blank
Ölkə kuboku2023-11-30 08:17

“Zaqatala” “Şamaxı”ya, “İmişli” “Mingəçevir”ə qarşı

blank
Milli komanda2023-11-30 08:00

Uğura gedən yol: məşqçinin milliyyəti nə dərəcədə önəmlidir?

blank
Dünya futbolu2023-11-30 02:04

ÇL: “Arsenal” və PSV də 1/8 finalda!

blank
Ölkə kuboku2023-11-30 01:22

Azər Bağırovdan darmadağına şərh

blank
Ölkə kuboku2023-11-30 01:06

“Hansı hesabla qalib gəldiyimizi belə unutmuşduq”

blank
Ölkə kuboku2023-11-30 00:53

“İstədiklərimizə hələ tam nail ola bilməmişik”

blank
Digər idman növləri2023-11-30 00:42

Azərbaycanın iki güləşçisi hərbçilər arasında dünya çempionu oldu

blank
Digər idman növləri2023-11-30 00:29

Azərbaycan təmsilçisi Çelenc Kubokunda mübarizəni dayandırdı

blank
Digər idman növləri2023-11-30 00:12

“Azərreyl” “Neftçi”yə qalib gəldi

blank
Digər idman növləri2023-11-30 00:04

“NTD-İndiqo” bu mövsüm ilk məğlubiyyətini yaşadı

blank
Ölkə futbolu2023-11-29 23:46

“Sumqayıt”ın ayağı sınan legioneri sabah əməliyyat olunacaq

blank
Ölkə futbolu2023-11-29 22:36

“Özümüzü ən yaxşı tərəfdən göstərməyə çalışacağıq – Qurban Qurbanov

blank
Ölkə futbolu2023-11-29 22:32

“Bunlar bizə çətinlik yaradacaq” – Veşoviç

blank
Ölkə futbolu2023-11-29 22:12

Şeydayev Çempionlar Liqası oyunundan sonra döyüldü – VİDEO

blank
Ölkə futbolu2023-11-29 21:38

“Qəbələ” UEFA Gənclər Liqası ilə vidalaşdı

blank
Ölkə kuboku2023-11-29 20:30

“Sumqayıt”ın legionerinin ayağı qırıldı – VİDEO

blank
Ölkə kuboku2023-11-29 19:59

“Qaradağ Lökbatan”, “Kəpəz”, “Araz-Naxçıvan” və “Sumqayıt” növbəti mərhələdə

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:40

Şahin Diniyev: “Ən çətin oyunlarımızdan birini keçirdik” – VİDEO

blank
Ölkə futbolu2023-09-16 18:09

Gəncə azarkeşləri Azər Məmmədovu istefaya çağırdılar – VİDEO

blank
Premyer-liqa2023-09-15 20:50

“Sumqayıt” “Zirə”yə belə məğlub oldu – VİDEO

blank
Ölkə futbolu2023-09-13 22:05

“İnter”in sabiq hücumçusu rəsmən “Sabah”da

Facebook

Gündəm