Türkiyənin məşhur nəşri “Fotomac” yığmamızın qapıçısı Şahruddin Məhəmmədəliyevi transfer edən “Adana Dəmirspor” klubunun “Qarabağ”dan daha bir oyunçu ilə maraqlandığını yazıb.

Qardaş ölkədən olan həmkarlarımız Adana təmsilçisinin ağdamlıların sol cinah müdafiəçisi Toral Bayramova “elçi” düşdüyünü bildirib. “Adana Dəmirspor”un prezidenti Murat Sancak isə futbolinfo.az-a açıqlamasında məlumatı təkzib edib. O bildirib ki, bu, sadəcə şaiyədir: “Tamamilə yalan xəbərdir. Bizim belə fikrimiz yoxdur”.

Qeyd edək ki, “Adana Dəmirspor” bir neçə gün öncə “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyevlə 2 illik müqavilə bağlayıb.

Shares: