Ölkə futbolu
Adil Şükürov “Kəpəz”lə şərtləri razılaşdırdı

“Kəpəz”in yeni baş məşqçisi Adil Şükürovun müqaviləsinin detalları müəyyənləşib.
Futbolinfo.az saytının əldə etdiyi məlumata görə, 46 yaşlı mütəxəssis uzunmüddətli sazişə qol çəkib.
Belə ki, “Zirə”nin sabiq çalışdırıcısı gəncləlilərlə 2+1 illik sözləşmə imzalayıb. Yəni 2025-ci ilin sonuna qədər bölgə təmsilçisinin “sükanı arxasında” olacaq Şükürovun fəaliyyəti uğurlu olarsa, müddət daha 1 illik uzadılacaq. Onun “Kəpəz”də köməkçiləri isə İlyas Qurbanov və Zaur Əsədov olacaq. Ancaq baş məşqçi daha bir köməkçi götürməyi planlaşdırır. Sabiq baş məşqçi Azər Məmmədovun yardımçıları isə klubla vidalaşıb.
