Yuta komandası 2024/25 mövsümü üçün formasını təqdim edib. Liqaya qoşulma prosesini başa vuran yeni MHL komandasının hələ adı və loqosu yoxdur.

Klubun formalaşması prosesi 2025/26 mövsümünə qədər tamamlanacaq və o zaman da yeni forma təqdim ediləcək. Ancaq rənglər artıq seçilib. Yuta komandası 2024-25 mövsümü üçün mavi xətli qara və ağ formalarda oynayacaq. Formanın üzərində “Utah” yazısı olacaq.

Klubun açıqlamasına görə, qara rəng dağlardakı qaranlıq gecələri və ştatdakı səhraların vulkanik qayalarını, ağ rəng dağların zirvələrində və duzlu bataqlıqlarda qarı, mavi isə səmanı və Yuta ştatında qış idman növlərinin zəngin tarixinə işarədir.

Nəzərinizə çatdıraq ki, Yuta Arizona komandasının əvəzinə həmin heyətlə oynayacaq, lakin klubun tarixi sıfırdan başlayacaq. Əvvəlki klubun sahibi müəllif hüququnu “Coyotes” üzərində saxlayır və Finiks ərazisində yeni arena tikilərsə, gələcəkdə komandanı bərpa edə bilər.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp