Ölkə futbolu
“Advokat” beynəlxalq turnirə dəvət aldı

Futzal üzrə Azərbaycan İkinci Liqasında çıxış edən “Advokat” komandası vəkillər arasında təşkil edilən (7*7) beynəlxalq turnirdə iştirak edəcək.
Futbolinfo.az xəbər verir ki, “Siciliya Vəkillər Kuboku-2022” dekabrın 8-dən 12-dək İtaliyanın Kataniya şəhərində keçiriləcək.
Dekabrın 7-də adıçəkilən turnirə qatılmaq üçün səfərə çıxacaq “Avdokat” Azərbaycan Futzal Federasiyasına müraciət edib və komandanın dekabrın 11-də IX tur çərçivəsində “Çinar-Zəngilan”la keçirilməli olan oyununu təxirə salmağı xahiş edib. Komandanın beynəlxalq turnirə qatılmasına dəstək məqsədi ilə federasiya müraciəti müsbət cavablandırıb. Buna görə də “Çinar-Zəngilan”la qarşılaşma “Advokat” Bakıya döndükdən sonra keçiriləcək.

Reklam
- Ölkə futbolu2023-01-26 09:00
Ovusu “Qarabağ”da qalmaq istəmir – fevralın ilk günü Macarıstanda ola bilər
- Ölkə futbolu2023-01-26 22:47
“Qarabağ” yeni “7 nömrə”sini açıqladı – VİDEO
- Layihə2023-01-26 12:19
“İndiki uşaqlarda futbola sevgi yoxdur”
- Ölkə futbolu2023-01-27 14:51
“Zirə” Ukraynadan daha bir futbolçu gətirdi – uzunmüddətli müqavilə bağlanacaq