Milli komanda
AFFA 1,5 milyon manat mükafat payladı
AFFA milli komandaların futbolçularına pul paylayıb. Qurum Millətlər Liqasının son 3 matçındakı qələbələri 65 min manatla qiymətləndirib.
Futbolinfo.az xəbər verir ki, Belarus və Qazaxıstan milliləri üzərində ev qələbələri 20, Slovakiyada əldə olunan uğur 25 min manat mükafata layiq bilinib. Beləliklə, bütün oyunlarda oynamış futbolçular üst-üstə 65 min manat mükafat alıb.
Məşqçilər heyəti də tam mükafata sahib çıxıb. Meydana sonradan daxil olanlar, ehtiyatda qalanlar, eləcə də texniki personal müxtəlif faiz dərəcələri üzrə sevindirilib. Ümumilikdə AFFA 1,5 milyon manatından keçib.
Xatırlayırsızsa, bir müddət öncə AFFA-nın mükafatların məbləğini azaltdığı barədə xəbərlər yayılmış və assosiasiya tərəfindən təsdiqlənmişdi. Əvvəllər qələbələr hər futbolçuya 30 min manat qazandırırdısa, daxili qərarlar məbləğ 10 minə endirilmişdi. Lakin sonradan futbolçular narazılıq edib və AFFA “qızıl orta”nı “tapıb”. Yığma oyunçuları indi daha iki matçın mükafatını gözləyir.
Moldova və Şimali Makedoniya milliləri üzərində səfərdə, yoxlama oyunlarında qazanılan qələbələr də qiymətləndiriləcək. Həmin oyunlara görə nə qədər ödəniləcəyi hələ dəiqləşməyib, lakin qrup qalibi olmağa yetməyən üç formal matça görə 1,5 milyon manatın büdcədən çıxarılması özü də düşündürücüdür. Dəyərmi?
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Milli komanda2024-04-22 13:46
Fişer: “AFFA-dan təklif almamışam”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…