Ölkə futbolu
AFFA-dan “Kəpəz” üçün seminar
AFFA-nın Hakimlər Komitəsi tərəfindən “Kəpəz”in üzvləri üçün oyun qaydaları ilə bağlı seminar keçirilib.
Futbolinfo.az xəbər verir ki, seminarda futbolçuların meydandakı ümumi davranışına diqqət çəkilib, nizam-intizamdan söhbət açılıb.
Hakim qərarlarına etirazlar, simulyasiya epizodları, düşüncəsiz qayda pozuntuları, ofsayd vəziyyətləri ilə bağlı fikir mübadiləsi aparılıb, sual-cavab edilib. Çempionat oyunlarından mübahisəli epizodlar görüntülü şəkildə müzakirəyə çıxarılıb.
Seminar AFFA-nın Hakimlər Komitəsinin üzvü Anar Salmanov və hakimlərin fiziki hazırlıq üzrə məşqçisi Namiq Quliyev tərəfindən keçirilib.
- Ölkə futbolu2024-04-17 17:17
Kadiri yeni məşqçiyə uyğunlaşır: “Zamana ehtiyacımız var”
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Müsahibə2024-04-17 16:07
Sekidika çempionatın səviyyəsindən razıdır: “İstənilən komandanı məğlub etmək olar”
- I Liqa2024-04-17 17:34
Apellyasiya Arbitraj Tribunalı AFFA İntizam Komitəsinin qərarını dəyişdi