Ölkə futbolu
AFFA İTV-nin dəvətini qəbul etmədi
AFFA rəhbərliyi İctimai Televiziyanın canlı efirinə çıxmağa cəsarət etməyib. Sözügedən kanal bu gün milli komandayla bağlı müzakirələrin davam etdirilməsi üçün şərait yaratsa da, qurumdan kimsə özünü oda atmaq istəməyib.
Futbolinfo.az xəbər verir ki, dünən “Sabaha saxlamayaq” tok-şousunda kanal əməkdaşları növbəti müzakirə üçün futbol təsərrüfatının məmurlarını dəvət etmişdi. Müzakirələrin birtərəfli aparılmaması, tənqid edilən tərəfin də özünü müdafiəsinə şərait yaradılması üçün belə addım atılmışdı.
Lakin görünür, kimsə özündə haqlı tənqidlər qarşısında cavab vermək cəsarəti tapmayıb. Bu üzdən hazırda “Sabaha saxlamayaq” verilişində başqa mövzu müzakirə olunur.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…