Ölkə futbolu
AFFA klublara süni əngəl yaradır – bölgə təmsilçiləri daha çox əziyyət çəkir

AFFA klublara ödənişləri yubadır. Artıq yanvar ayı başa çatır, amma Premyer Liqa və Birinci Divizion təmsilçiləri dekabrın maliyyəsini almayıb.
Bildiyiiz kimi, AFFA bu mövsümdən elita klublarının hər birinə 3 milyon manat (Divizion təmsilçilərinə 300 min manat) ayırır. Bu məbləğ aylara bölünərək ödənilir və qaydaya görə hər ayın əvvəlində hesablara köçürülməlidir.
Amma hər dəfə klublar pul üçün AFFA-ya az qala yalvarır, öhdəliyin yerinə yetirilməsi üçün minnətçi düşür və ardından ödənişlər edilir. Yanvarda isə proses bugünədək ləngidilib.
Öz sponsoru olan klublarda problemi yoluna qoymaq olur, amma bölgə təmsilçiləri bu məbləğdən asılı olduğundan, gecikmə qeydə alınan kimi əlavə problemlər ortaya çıxır. Maaşların, zəruri xərclərin qarşılanmasının gecikməsi klubların fəaliyyətində özünü büruzə verir. AFFA dövlətin ayırdığı yardımın ləngidilməsinin səbəbini izah etsəydi, yaxşı olardı.

- Dünya futbolu2023-12-02 23:00
Şahruddin 3 qola üzüldü, “Qalatasaray” inamlı qələbəyə sevindi
- Premyer-liqa2023-12-03 17:51
“Hakim səhv edir, məni cəzalandırırlar” – Murad Musayev
- Dünya futbolu2023-12-02 21:58
AÇ-2024-ün final mərhələsinin püşkü atıldı
- Premyer-liqa2023-12-03 18:58
“Neftçi” “Zirə”yə qalib gəldi