Bizi izləyin

Ölkə futbolu

AFFA-nın uğursuz hakim(n)iyyəti

blank

Hökmü hakim elan edir, cinayətkar əməllərinin nəticəsinə uyğun olaraq cəzasını alır. Məhkəmə hakimiylə futbol hakiminin funksiyası fərqli olsa da, yekun eynidi – hər ikisi son söz sahibidi. Bəzən qərarları şübhə doğurur, əksər vaxt isə yazılı qanunlara uyğun davranırlar. Hətta səhvləri, verdikləri qərarlar da qayda-qanuna əsaslanır. Onu əsaslandırmaq, doğruluğunu isbatlamaq artıq hakimlərin ustalığından, peşəkarlığından, təcrübəsindən asılıdı.

AFFA-nın ilk prezidenti Fuad Musayevin hakimiyyətinə məhz hakimlər sayəsində son qoyulmuşdu. Doğrudu, onun gedişi/göndərilməsi böyük bir mübarizənin nəticəsi idi, lakin proseslərin sürətlənməsində hakim amili rol oynamışdı, sıralanan səhvlər “Şəfa” – “Xəzər Universiteti” oyununda səbəbə, bəhanəyə çevrilmişdi. Sonrası bəllidi…

İndiki AFFA rəhbərliyinin səriştəsiz fəaliyyəti, onların idarəçiliyndən artan narazılıq da sanki islahatlara aparacaq qərarların məhz hakimlər üzərindən veriləcəyini göstərir. Qərəzli qərarlar, iki komandaya qarşı məqsədyönlü səhvlər bütün futbol ictimaiyyətinin gözü qarşısında reallaşır.

AFFA-dakılar da səksəkədədi. Onların monopoliyasından kənar qalan, müstəqil fəaliyyət göstərən klublar səriştəsiz işbazların fəaliyyətinə təhdiddi – zibil içində olduqlarından belə hesab edirlər. Ötən mövsüm hakimlərin əli ilə min hoqqadan çıxdılar, özləri üçün təhlükəli saydıqları klubları zərərsizləşdirdilər. Amma həmin komandalar, xüsusilə də “Zirə” təslim olmadı, ruhdan düşmədi, yenə boy göstərir. Və indi ilk turlardan bu komandanı büdrətməklə məşğuldular. Etirazlar isə həddindən artıq çoxdu, əks-sədası lazımi yerlərə çatıb. Ona görə AFFA malalamağa, isbat olunmuş günahlarını təmizləməyə çalışır. Guya ki, bütün olanlar – eyni komandalara qarşı səhvlər qərəz deyil, fərdlərin günahıdı.

Bəri başdan qeyd edək ki, uğursuz eksperimentdi, nəticəsi plan quranlara bumeranq kimi dəyəcək. Çünki niyyət düz deyil, məqsəd başqadı. AFFA rəhbərliyi öz günahlarını hakimlərin boynuna yıxmağa səhd edir, şəffaf işlədiklərini nümayiş etdirməyə çalışır. Lakin hətta bu da yanlış yanaşmadı. Sabah hakimlərin ardıcıl səhvləri üzə çıxacaqsa və bu, qərəz yox, fərdi səhvlər kimi təbliğ ediləcəksə, yenə assosiasiya zərbə altında qalacaq. Doğru işləmədikləri, bu illər ərzində hakimlərin yetişdirilməsində düzgün yol seçmədikləri, papağı günə verdikləri ifşa olunacaq. Hakimlər aşkar görünən səhvlərdən boyun qaçırdıqda isə başqa mətləblər üzə çıxacaq.

Dünən AFFA yenilk kimi təqdim etdiyi qərarını açıqladı. Belə ki, Azərbaycan Premyer Liqasının qarşılaşmalarını idarə edən hakimlərin oyun ərzində qəbul etdikləri qərarların bəzi hallarda birmənalı qarşılanmaması nəzərə alınaraq, Hakimlər Komitəsi beynəlxalq təcrübədən yararlanmaqla hakimlərin oyunlardan sonra “CBC Sport” telekanalında müsahibələrinin təşkil olunmasına qərar verib.

Əvvəla, bu praktika geniş yayılmayıb. Məsələn, bir neçə il öncə Türkiyədə eyni addım atılmışdı. Fəsadları tezliklə ortaya çıxdı, bundan imtina edildi, hətta bir hakim təzyiqlərə dözməyib canlı yayımda karyerasını bitirdiyini açıqladı.

Bu addım Azərbaycanda da ilk deyil. Xaqani Məmmədovun Hakimlər Komitəsinin sədri kimi fəaliyyətinin sonlarında AFFA eyni qərarı verdi. Hakimlər səhvlərini əsaslandırmaq üçün mətbuata çıxarıldı, lakin bu, uzun sürmədi, problemlər daha da artdı. Hakimlər mətbuat önünə çıxmaqdan imtina etdi, müxtəlif qalmaqallar yarandı, məsələlər böyüdü və “yenilik”dayandırıldı. Eyni aqibət qaçmaq mümkün olmayacaq…

AFFA-nın rəsmi saytının yazdığına görə, Premyer Liqanın növbəti turundan etibarən baş hakim oyunda verdiyi müəyyən qərarları (qol, birbaşa qırmızı və ya ikinci sarı vərəqə, penaltinin olub-olmaması – VAR sisteminin protokoluna uyğun olan epizodlar) qarşılaşmadan sonra izah edə bilər. Ehtiyac duyularsa, müxtəlif rakuslardan təqdim olunan görüntülərə baxaraq epizodun müqayisəli təhlili aparılacaq. Bu, VAR (Video Köməkçi Hakim) sisteminin tətbiqi istiqamətində növbəti addımdır. Əsas məqsəd şəffaflığın təmin olunması və oyun ərzində verilən hər bir qərarın hansı səbəbdən qəbul olunduğunu ictimaiyyətin nəzərinə çatdırmaqdır.

Müxtəlif rakursdan olan görüntülərə baxılacaqsa, deməli, hakimlər matç bitincə məşhər ayağına çəkilməyəcək, buna texniki imkan da yoxdu. Yəqin ki, xüsusi veriliş hazırlanacaq və bütün hakimlər qərarlarını izah edəcək. Və səhvdən əziyyət çəkən klublar təkcə “CBC Sport”un görüntüləri ilə kifayətlənməyəcək, ən müxtəlif vasitələrdən istifadə ediləcək. Alt məqsəd VAR-ın tətbiqinin vacibliyi olsa da, əslində, elə epizodlar var ki, onun qiymətləndirilməsi üçün təkrara baxmağa gərək yoxdu, hakim meydanda ən doğru qərarı verməlidi. Verilməyibsə, burada Hakimlər Komitəsinin səmərəsiz işi ifşa olunacaq. Zatən illərdi bunu deyirik, özləri etiraf etməyə hazırlaşırsa, lap yaxşı.

AFFA bəyan edir ki, hakimlər qərarlarını izah edərkən qol, birbaşa qırmızı və ya ikinci sarı vərəqə, penaltinin olub-olmaması – VAR sisteminin protokoluna uyğun olan epizodlar əsas götürüləcək. Amma əziyyət çəkən klublar bununla razılaşmayacaq. Çünki təcrübəli insanlar gözəl bilir ki, bəzən matçda elə anlar olur ki, nəticəyə daha çox təsir edir. Futbolçuların əsəbinə təsir edən, onları daha ciddi qayda pozuntularına təşviq edən xırda səhvlərin də müzakirəsi lazım gələcək. Ola bilər, həqiqətən ikinci sarı vərəqə epizodunda hakim haqlı olacaq, bəs, ilk sarı vərəqə müzakirəyə çıxarılacaqmı? Ofsayd qərarları, penaltiyə, qola gətirib çıxaran sistematik hakim səhvləri – AFFA bu qərarı verməklə öz başına oyun açdı. Məqsəd rəhbərliyi qorumaq, niyyət hakimləri önə vermək olsa da, yekunda hər şeyə görə məsuliyyət məhz idarəçilərindi.

AFFA bu layihəni öz telekanalında – “CBC Sport”da təşkil etməyə qərar verib. Deməli, qərarlar ictimai müzakirələrdən kənar tutulur, bütün media əhlinin iştirakı yasaqlanır. Amma sabah jurnalistlər hər oyunda hakimlərin səhv etdiyi onlarla epizodun siyahısını hazırlayacaq, hakimlərin reaksiya verməsini istəyəcək. AFFA bunun öhdəsindən gələcəkmi, bütün narazılıqları, haqlı sualları cavablandıra biləcəkmi? Ümumiyyətlə, ölkə futbolundakı biabırçı durumun yalnız hakimliyə fokuslandırılmasıyla assosiasiya rəhbərlərinin özünü təmizə çıxarmağa çalışması alınacaqmı?

Önyarqılı deyilik, hətta perspektivinə inanmadığımız istənilən təşəbbüsə hörmətlə yanaşırıq. Amma səhv növbəti səhvi gətirəcək, narazılığın miqyasını artıracaq. Bunu tənqidlərdən nəticə çıxarmaq kimi qəbul etsək də, çıxış yolu saymırıq. AFFA tənqidlərə anlayışla yanaşmalı, səhvləri aradan qaldırmalıdı. İndiki halda isə qurum sanki narazılara meydan oxuyur, öz üslublarında cavab verəcəklərini zənn edir.

Komitə sədri Frits Stuxlikin özünü, himayədarlarını qorumaq üçün belə addım atması xüsusilə maraqlıdı. Uzun illər FIFA referisi olmuş, bu gün də beynəlxalq dərəcəli hakim-inspektor kimi hər həftə təyinat alan birinin uğursuz eksperimenti Azərbaycanda sınaması təəssüf doğurur. Avstriyalını bunun üçünmü gətirmişik? Məsləhət olsaydı, UEFA, FIFA bu addımı çoxdan atardı, amma beynəlxalq qurumlar “üzədurma mərasimi” təşkil etmir, əksinə, səhvlərdən nəticə çıxarır, səhvləri aradan qaldırır. AFFA isə fərqli yol seçdi.

Əslində, ciddi səhvlər edən hakimləri cəzalandırmağı lazım bilməyən, nəticəyə təsir edən səhvləri edən hakimləri növbəti tur təyinatla mükafatlandıran AFFA-dan başqa çıxış yolu düşünmələrini gözləmirdik. Bəs, həmişə əldə bayraq tutulan UEFA Konvensiyası hara getdi? Axı, AFFA hər dəfə bəyan edirdi ki, nəinki hakimlərin, ümumiyyətlə, bu sahədə çalışan istənilən şəxsin oyun epizodlarını şərh etməsinə icazə yoxdu, beynəlxalq qurumlar bunu qadağan edir. O zaman özünü təkzib etməyin səbəbi nədir?

Bəli, mətbuat hakim səhvlərinə izah verilməsini tələb edir, lakin bunu hər oyun üçün təşkil etmək, hər hakimi kamera önünə çıxarmaq fəsadlara səbəb olacaq. Ondansa sədr Stuxlik həftəlik hesabat verə, səhvləri göstərə, günahkarların cəzasını açıqlaya bilərdi. Əgər komitə bu qədər açıq fəaliyyətə keçirsə, o zaman efirə çıxarılacaq hakimlərin də qoymətini açıqlasın. İctimaiyyət səhvləri ekrana gətiriləcək hakimlərin hansı qiymət aldığını, bunun nəticəsində hansı cəzaya məruz qalacağını bilmək istəyəcək.

AFFA rəhbərliyi təşvişdədi, hakimiyyətlərinin sonunun çatdığını, biabırçı fəaliyyətlərinin ifşa olunduğuu bilirlər, ona görə də iz azdırır, ümumi idarəçilikdən yaranan yanlışları, günahları başqaları ilə paylaşmağa çalışırlar. Amma elə bu təcrübə biabırçılıqla yekunlaşacaq. Görünür, qurum rəsmiləri onlar haqda hökmü də hakimlərin oxumasını istəyir.

AĞA

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Dünya futbolu2024-01-25 22:12

PSJ braziliyalı futbolçu transfer etdi

blank
Dünya futbolu2024-01-25 21:50

“Bayern”in futbolçusu bir neçə həftə oynamayacaq

blank
Digər idman növləri2024-01-25 21:36

“Gəncə”nin basketbolçusu üçün mövsüm erkən bitdi

blank
Ölkə futbolu2024-01-25 21:19

“Turan Tovuz”da seminar

blank
Digər idman növləri2024-01-25 21:00

Belçikadakı turnirdə iştirak edəcək Azərbaycan cüdoçuları bəlli oldu

blank
Milli komanda2024-01-25 20:45

Azərbaycan yığması dünya reytinqində ikinci pilləyə yüksəldi

blank
Dünya futbolu2024-01-25 20:30

Fransa kuboku: 1/8 finalın cütlükləri məlum oldu

blank
Dünya futbolu2024-01-25 20:12

“Vest Hem” qanalı istedad üçün 18 milyon avro ödədi

blank
Digər idman növləri2024-01-25 19:55

Gəncədə açıq birincilik

blank
Digər idman növləri2024-01-25 19:37

FİDE qadınlar üçün xüsusi turnir təşkil edəcək

blank
Ölkə futbolu2024-01-25 19:19

“Araz-Naxçıvan” məşqlərini bərpa etdi

blank
Dünya futbolu2024-01-25 19:00

Salah tənqidlərə alışıb

blank
Dünya futbolu2024-01-25 18:42

“Verona” Tavşanı gətirdi

blank
Ölkə futbolu2024-01-25 18:24

“Turan Tovuz” – “Səbail” matçına riskli təyinat

blank
Digər idman növləri2024-01-25 18:07

Azərbaycan çempionatına qatılacaq atletlərin sayı açıqlandı

blank
Ölkə futbolu2024-01-25 17:50

“Zirə”nin komandaları üçün danışılmış oyunlarla bağlı seminar

blank
Ölkə futbolu2024-01-25 17:35

“Turan Tovuz” – “Səbail” oyununun biletləri satışda!

blank
Digər idman növləri2024-01-25 17:20

Avstraliyada finalçılar məlum oldu

blank
Premyer-liqa2024-01-25 17:11

“Zirə” – “Sabah” matçının hakimləri müəyyənləşdi

blank
Dünya futbolu2024-01-25 16:57

Şevçenko UAF prezidenti seçildi

blank
Dünya futbolu2024-01-25 16:46

“Liverpul” bunu 14-cü dəfə bacardı

blank
Əvəzedicilər2024-01-25 16:32

Qəbələdə 7 qol

blank
Ölkə futbolu2024-01-25 16:16

Hakimi təhqir etdilər, 5 oyun cəza aldılar

blank
Premyer-liqa2024-01-25 16:01

Azarkeşləri bu klubları ziyana saldılar

blank
Dünya futbolu2024-01-25 15:48

Tyaqo Silva “Fluminense”yə qayıdır

blank
Ölkə futbolu2024-01-25 15:31

“Səbail”in yeni transferi: “Yaxşı ki, bura gəlmişəm”

blank
Dünya futbolu2024-01-25 15:14

Xavi istefaya işarə etdi: “Burada yalnız çempionluqlar qazanmalısız”

blank
Premyer-liqa2024-01-25 15:05

Premyer Liqada qış bazarlığı – YENİLƏNİR

blank
Ölkə futbolu2024-01-25 15:00

“Neftçi” – “Qəbələ” matçının biletləri satışa çıxarıldı

blank
Digər idman növləri2024-01-25 14:46

Daha bir komandanın təqdimat günü elan edildi

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:40

Şahin Diniyev: “Ən çətin oyunlarımızdan birini keçirdik” – VİDEO

Facebook

Gündəm