Ölkə futbolu
Ağdaşlı uşaqların “Şirvan” ümidi

Uşaq futbolu hər bir peşəkar klubun “onurğa sütunu” sayılır. İstənilən klubun peşəkarlaşması üçün bu idman növünü azyaşlılar və yeniyetmələr arasında inkişaf etdirilməsi həddən artıq vacib şərtdir.
Ağdaş rayonunda da uşaq futboluna xüsusi diqqət yetirilir. Ağdaş rayon sakini Rəhman Əliyev tərəfindən artıq 3 ildi təmannasız fəaliyyət göstərən “Şirvan” komandasında azyaşlılar futbolun sirlərinə yiyələnirlər.
Komandaya rayonla yanaşı kəndlərdən də uşaqlar cəlb olunur. Əsas məqsəd istedadlı futbolçuları komandaya cəlb etmək, onların asudə vaxtlarının səmərəli şəkildə keçirilməsi və pis vərdişlərdən uzaq tutulmasıdır.
Burada 60 yaxın uşaq və yeniyetmə futbolunun sirlərinə yiyələnir ki, onlar da gələcəkdə Azərbaycanın aparıcı klublarında və milli komandada oynamaq arzusundadılar.
Ağdaşda böyük futbolunun olmaması uşaq məşqçilərinin işini çətinləşdirən, ciddi problemə çevrilən amildir. Azyaşlılar təkcə məşq etməklə, həmyaşıdları ilə top qovmaqla yox, böyük futbolu və futbolçuları izləməklə püxtələşməlidir.
BƏHRUZ MUSAYEV, Ağdaş

Reklam
- Ölkə futbolu2023-02-02 11:12
“Kəpəz”də legioner alveri
- Ölkə futbolu2023-02-03 18:31
Bizim Miura: 53 yaşına kimi futbol oynayan “At Əli” – VİDEO
- Ölkə futbolu2023-02-02 13:10
“Zirə” nigeriyalı futbolçu ilə razılığa gəldi
- Müsahibə2023-02-02 15:11
Təmkin xaricdən dəvət gözləyir: o, formada qalmaq üçün futzal klubunu seçib