Bizi izləyin

Digər idman növləri

AGİN-dən biabırçı təşkilatçılıq

blank
blank

Yarışın adı möhtəşəmdir – “Əziz Şuşa”. Elə veloyürüşün keçirilmə səbəbi də diqqətçəkəndir – Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunub. Amma və lakin yarışın təşkilatçılığı o qədər bərbaddır ki, veloyürüşdən yazarkən bu iki önəmli məqamı gizlətmək istəyirsən.

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi (AGİN) ilə Azərbaycan Velosiped Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə keçirilən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Əziz Şuşa” beynəlxalq velosiped yarışı davam edir. Artıq iki mərhələ başa çatıb, problemlərin sayı isə bitmir. Yəqin idmançılar Şuşaya çatana kimi daha böyük olaylar yaşanacaq. İşğaldan azad olunan torpaqlarımızda da eyni hal müşahidə olunsa, daha ciddi problemlər ortaya çıxa bilər.

Velotura Azərbaycan, Bolqarıstan, Rumıniya və Türkmənistan milli komandaları, həmçinin Türkiyə, Niderland, Qazaxıstan (iki komanda), Almaniya (iki komanda), Monqolustan, Misir, Filippin, Belçika, Çin və İtaliyanı təmsil edən 16 komandanın heyətində 100-ə yaxın velosipedçi qatılıb. Elə narazılıqlar da onlardan eşidilir. Artıq bizim redaksiyaya da bəzi xəbərlər çatıb.

İdmançılara, qonaqlara, eləcə də jurnalistlərə diqqətsizlik ən pik həddədir. Təsəvvür edin, bütün gün yürüşdə, yollarda olan bu insanlar nahardan məhrum edilib. Səhər və axşam yeməyi təşkil olunur, günorta vaxtı isə hamı unudulur, yüngülqəlyanaltı ilə baş aldadılır. İmkan tapanlar öz hesabına ehtiyaclarını ödəyir, tapmayanlar axşam yeməyinə kimi səbr etməyə məcbur olur.

Dünən Qəbələdə otellərdə yer tapılmayıb, təşkilatçılar iştirakçıları koteclərə doldurub, hər kotecə 6-7 nəfər sığışdırılıb. Mətbuat nümayəndələrinin işləməsi üçün də şərait yaradılmayıb. Öncədən təşkilati işlər qaydasına qoyulmadığından, jurnalistlər mənzil başına çatmaq üçün onlara yer axtarılır, xəbərlərin operativ çatdırılması ləngiyir. Halbuki bütün günlərin proqramı öncədən məlumdur.

Daha bir məsələ uşaqların dərsdən yayındırılmasıdır. Hər yarışda start və finiş xətlərinə məktəblilər cəlb olunur, onların dərsə davamiyyəti nəzərə alınmır, üstəlik, hava şəraitindən asılı olmayaraq, saatlarla gözlədilirlər.

Bərbad təşkilatçılıq yarışın nəticələrinə də təsir edir. İlk mərhələdə belə bir biabırçılıq yaşanıb. Təsəvvür edin, idmançılar Şamaxıda finişə çatandan bir saat sonra qaliblər müəyyənləşdirilib. Və bunu hakimlərin, müvafiq texnologiyaların köməyi ilə yox, iştirakçıların özündən soruşaraq ediblər.

Azərbaycan Velosiped Federasiyasının mətbuat katibi də işinin öhdəsindən gələ bilmir. Sıradan bir şəxsi bu posta təyin edənlər onun idman sahəsindən məlumatsız olmasını nəzərə almayıblar. Bu şəxs hətta qonaqları təqdim etməyi də bacarmır. Mükafatlandırma mərasiminə dəvət olunan Şamaxı icra başçısı Tahir Məmmədovun Tahir İmanov kimi təqdim olunması elə həmin şəxsin özünə hörmətsizlikdir.

Mətbuat xidmətinin rəhbəri yalnız özünü rəsmi tədbirlərə çatdıra bilir, yarış haqqında müfəssəl məlumat almaq olmur. Məsələn, hər mərhələdə yarışdan çıxanlar olur, finişə çatmayan turniri tərk edir. Həmin idmançıların adını, sayını öyrənmək müşkül məsələdir. İştirakçıların əvəzinə hansısa “təsadüfi adam” son dayanacaq olan Şuşada peyda olsa, kimsə təəccüblənməsin.

Yarışın aparıcısı daha çox tamadalıqla məşğuldur. Mükafatlandırma mərasimində onun davranışı haqqında videonu təqdim edəndə özünüz də buna şahid olacaqsız.

Veloturun Qəbələ mərhələsində hətta qəza da baş verib. Həm də bu, idmançıların diqqətsizliyi üzündən reallaşmayıb. Təşkilatçılar finişdə səhlənkarlıq edib, təhlükəsizlik tədbiri görməyib və velosipedçilər fotoreportyorlarla toqquşub. Qəza yüngül zədələnməylə bitib, lakin yerli idmançılardan birinin velosipedi sıradan çıxıb.

Bütün bunlar bacarıqsızlığın nəticəsidir. Önəmli səbəbdən beynəlxalq yarış təşkil edilir, amma təşkilatçılar özünü məhəllə yarışında imiş kimi aparır.

Ümid edirik, AGİN məsələni araşdıracaq. Yəqin ki, büdcədən sıfırlarla bol məbləğlər xərclənir. O zaman idmançılara, qonaqlara yaradılmayan şəraitin, naharın ləğvinin səbəbləri araşdırılmalıdır. Kifayət qədər büdcə ayrılıbsa, hara xərcləndiyi müəyyənləşsin, maliyyə çatmayacaqdısa, o zaman yarışın adını və keçirilmə səbəbini korrektə etsinlər. O adlar olan yerdə belə bərbad təşkilatçılıq olmamalıdır.

AĞA

P.S.: AGİN-in və AVF-nin mövqeyini işıqlandırmağa hazırıq.

Reklam

Reklam


blank
Ölkə futbolu2023-09-15 14:29

“Zəngəzur” 1/4 finala vəsiqə qazandı

blank
Ölkə futbolu2023-09-15 14:14

AFFA rəsmisi Millətlər Liqasının oyununa təyinat aldı

blank
Müsahibə2023-09-15 14:00

Nemanya Andelkoviç: “Zirə”nin potensialı var, amma zirvədə qərarlaşmaq hələ uğur deyil”

blank
Digər idman növləri2023-09-15 13:45

Sarayevoya 21 cüdoçu ilə

blank
Dünya futbolu2023-09-15 13:31

Alkantara Trabzona can atır

blank
Dünya futbolu2023-09-15 13:12

Premyer Liqa klubunda yeni müqavilə

blank
I Liqa2023-09-15 13:00

I Liqanın 2-ci turunun oyun cədvəli açıqlandı

blank
Ölkə futbolu2023-09-15 12:51

“Nəticə qazanmaq üçün oynayırıq” – “Kəpəz”in yeni transferi

blank
Ölkə futbolu2023-09-15 12:37

Çodarovun vəkilləri “Sumqayıt” üzərində qələbəni rəsmən açıqladı

blank
Premyer-liqa2023-09-15 12:22

“Turan Tovuz” – “Qəbələ” oyununun biletləri satışda!

blank
Digər idman növləri2023-09-15 12:04

Basketbola sevgini göstərən yoldaşlıq oyunu

blank
Ölkə futbolu2023-09-15 11:50

Qara Qarayev: “Neftçi”yə tam alışmışam”

blank
Ölkə futbolu2023-09-15 11:35

“Sabah”ın yeni transferi legioner sayılmayacaq

blank
Milli komanda2023-09-15 11:23

Reytinq: millimiz yerində qalacaq

blank
Müsahibə2023-09-15 11:14

Vaqif Cavadov: “Yığmaya kimi təyin etsələr, de Byazidən pis olmayacaq”

blank
Digər idman növləri2023-09-15 10:59

Avropa çempionatında finalçılar məlum oldu

blank
Ölkə futbolu2023-09-15 10:44

“Qarabağ”la “Sabah” yubiley dueli ərəfəsində

blank
Milli komanda2023-09-15 10:30

“Mane olmasaydılar, ən azı 18-19 qol vurardım”

blank
Dünya futbolu2023-09-15 10:15

“Real”da seks qalmaqalı

blank
Milli komanda2023-09-15 10:00

Millimiz Rumıniyaya qarşı

blank
Dünya futbolu2023-09-15 09:45

UEFA İrəvandakı təxribata görə intizam işi açıb

blank
Premyer-liqa2023-09-15 09:31

Lider üçün “Sumqayıt” sınağı

blank
Dünya futbolu2023-09-15 09:17

“Mançester Siti”də yeni müqavilə

blank
Ölkə futbolu2023-09-15 09:03

“Sumqayıt”a transfer qadağası qoyula bilər

blank
Dünya futbolu2023-09-15 08:49

Millimizin üzvü “Fənərbaxça”nı “Qalatasaray”a dəyişdi

blank
Ölkə futbolu2023-09-15 08:37

“Zenit” Bakıya gəlir – “Neftçi” ilə qarşılaşmağa

blank
Digər idman növləri2023-09-15 08:25

“Azərreyl” amerikalı və rumıniyalı voleybolçularla müqavilə bağladı

blank
Dünya futbolu2023-09-15 08:15

Bonuççi “Yuventus”dan narazıdır: “Bu, mənə təhqir idi”

blank
Ölkə futbolu2023-09-15 08:00

CAS-dan qərar gəldi: AFFA və “Sumqayıt” cəzalandı!

blank
Milli komanda2023-09-14 23:21

“Rumıniya ilə oyuna hazırıq” – Millimizin baş məşqçisi

blank
Ölkə futbolu2023-09-13 22:05

“İnter”in sabiq hücumçusu rəsmən “Sabah”da

blank
Ölkə futbolu2023-09-06 00:40

Mirzovun “Neftçi”yə keçidi rəsmiləşdi – VİDEO

blank
Ölkə futbolu2023-09-05 15:20

“Qalatasaray”ın sabiq hücumçusu “Sabah”da – RƏSMİ

blank
Premyer-liqa2023-09-03 22:21

“Qarabağ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-03 20:10

“Araz-Naxçıvan” “Kəpəz”ə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-02 23:13

“Sumqayıt”ın ilk məğlubiyyəti – VİDEO

blank
Premyer-liqa2023-09-02 21:50

“Qəbələ” “Zirə”ni belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-01 21:47

“Sabah” “Turan Tovuz”a belə məğlub oldu – VİDEO

blank
Ölkə futbolu2023-08-31 23:21

“Qarabağ”ın futbolçuları qrupa vəsiqəni belə bayram etdilər – VİDEO

blank
Premyer-liqa2023-08-27 23:59

“Kəpəz” “Qarabağ”dan belə xal aldı – VİDEO

blank
Premyer-liqa2023-08-27 21:51

“Neftçi”dən ilk qələbə – VİDEO

blank
Premyer-liqa2023-08-26 22:30

“Zirə” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-08-26 20:29

Şahin Diniyev: “İlk qolu yaxşı vaxtda vurduq” – VİDEO

blank
Premyer-liqa2023-08-26 19:53

Tovuzda 4 qol – VİDEO

blank
Premyer-liqa2023-08-25 22:56

“Sumqayıt”dan ilk xal itkisi – VİDEO

blank
Premyer-liqa2023-08-20 23:38

“Sabah”la “Neftçi”nin heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-08-20 21:45

“Qarabağ” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-08-18 23:17

“Kəpəz” “Turan Tovuz”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-08-18 20:23

Azər Məmmədov: “Bu şərait və büdcə ilə razılaşmışamsa…” – VİDEO

blank
Premyer-liqa2023-08-18 20:17

“Gəncədə “Kəpəz”i məğlub etmək çox çətindir” – VİDEO

blank
Ölkə futbolu2023-08-18 09:45

“Neftçi” “Beşiktaş”la səfərdə də bacarmadı – VİDEO

blank
Ölkə futbolu2023-08-18 09:32

“Sabah” Belqradda belə uduzdu – VİDEO

blank
Ölkə futbolu2023-08-18 09:16

“Qarabağ” pley-offa belə adladı – VİDEO

blank
Premyer-liqa2023-08-14 23:36

“Neftçi”nin “Səbail”lə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-08-13 22:12

“Qarabağ”dan darmadağın – VİDEO

blank
Premyer-liqa2023-08-13 00:12

“Kəpəz” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-08-12 21:32

“Qəbələ” yenə məğlub oldu – VİDEO

blank
Dünya futbolu2023-08-11 12:00

“Neftçi” “Beşiktaş”a belə uduzdu – VİDEO

blank
Ölkə futbolu2023-08-11 11:32

“Sabah”ın “Partizan” üzərindəki inamlı qələbəsi – VİDEO

blank
Ölkə futbolu2023-08-11 11:05

“Qarabağ”dan Finlandiya klubu üzərində çətin qələbə – VİDEO

Facebook

Gündəm