Bizi izləyin

Müsahibə

Ailton “Neftçi” azarkeşlərini unutmayıb: “Qarabağ” daha təşkilatlanmış komandadır”

blank
blank

2015-16 mövsümündə “Neftçi”, 2019-20 mövsümündə isə “Qarabağ”ın formasını geyinmiş, bu ay Rusiya klubu “Rodina”ya keçən braziliyalı müdafiəçi Ailton Silvanın futbolinfo.az saytına müsahibəsi

– Azərbaycanda keçirdiyiniz vaxtları necə xatırlayırsınız?

– “Neftçi”yə keçəndə çox xoşbəxt idim. İlk dəfə Braziliyadan kənara çıxırdım. Azərbaycanda yaxşı braziliyalı dostlarım oldu. Həmçinin məşqçim Valledən çox şey öyrəndim. “Qarabağ”a transfer olanda da çox sevinmişdim. İlk dəfə avrokuboklarda iştirak etdim, eyni zamanda ölkə çempionu oldum. Çox ciddi klubdur. Məşqçisi, masajçısı, tərcüməçisi, aşpazı – bir sözlə, hamısı işinin peşəkarıdır. Onların hər biri meydanda yaxşı oynamağımız üçün bizə kömək etmək istəyən insanlar idi.

– Həm “Neftçi”, həm də “Qarabağ”da bir mövsüm keçirdiniz. Bu klublar xatirinizdə necə qalıb?

– Fikrimcə, “Qarabağ” daha çox təşkilatlanmış komandadır. Böyük investisiya var, əla məşqçi və yaxşı oyunçulara malikdir. Buna görədir ki, hər il Avropa yarışlarında iştirak edirlər. “Neftçi” isə fanatik azarkeşləri olan böyük, tarixi klubdur. Yaxşı oyunçularla həmişə titullar üçün mübarizə aparıb.

– Azərbaycan futbolunu hələ də izləyirsiniz?

– Düzü, çempionat oyunlarına baxa bilmirəm, çünki heç bir kanal göstərmir. Amma Azərbaycan klubları avrokuboklarda çıxış edəndə matçlarını izləyirəm.

– “Fluminense”, “Eştoril”, “Ştutqart” kimi klublarda oynayan futbolçunun hədəfi adətən daha böyük olur. 2015-ci ildə sizi Azərbaycana gəlməyə nə vadar etmişdi?

– Həmin il “Neftçi”yə Braziliyadan gəlmişdim, Avropada ilk təcrübəm idi. Belə demək mümkünsə, karyerama “Neftçi”də başladım. Bakının gözəl şəhər olduğunu eşitmişdim, oranı tanımaq istəyirdim. 2019-cu ildə “Qarabağ” üçün Azərbaycana qayıtmaqda məqsədim isə avrokuboklarda oynamaq idi.

– Azərbaycanda hələ də əlaqə saxladığınız insanlar var?

– “Qarabağ”ın tərcüməçisi Elvar Quliyevlə danışıram. Orada baş məşqçi həmişə ondan mənim və ailəm haqda soruşur. Bundan başqa, Qara Qarayevlə söhbətləşirik. Həyat yoldaşımın da Bakıda bir dostu var, onunla tez-tez danışırıq.

– Azərbaycan Premyer Liqasını Braziliya, Portuqaliya, Almaniya, Danimarka və Kipr çempionatları ilə müqayisə edə bilərsiniz?

– Azərbaycan çempionatını yalnız Kiprlə müqayisə edə bilərəm. Digər ölkələrdə dünyanın hər yerindən yüksək səviyyəli futbolçuların çıxış etdiyi böyük komandalar var.

– Hələ cəmi 27 yaşınız var. Yenidən Azərbaycanda oynamaq istərdiniz?

– Bəlkə ola bilər. Tanrının həyatımla bağlı planlarını bilmirəm. Ancaq şəxsən mən Bakıda yaşamaq və Çempionlar Liqasında oynamaq istərdim.

– Azərbaycan çempionatının 8-ci turu çərçivəsində “Qarabağ” – “Neftçi” oyunu keçiriləcək. Proqnozunuz nədir?

blank

– Əla oyun olacağını bilirəm. Məncə, heç-heçə yekunlaşacaq.

– “Qarabağ”ın Avropa Liqasındakı çıxışını izləyirsiniz?

– Açığı, oyunlara baxmaq imkanım olmur. Lakin qolları görmüşəm. Düşünürəm ki, “Qarabağ”ın qrupdan çıxmaq üçün böyük şansları var.

– “Qarabağ” oktyabrın 6-da Yunanıstanda “Olimpiakos”un qonağı olacaq. Həmin matçla bağlı düşüncələriniz nələrdir?

– “Olimpiakos”un qrupda hələ xalı yoxdur. Buna görə də bütün gücləri ilə ilk qələbələrini qazanmağa çalışacaqlar. Amma mən “Qarabağ”ın qalib gələcəyinə inanıram.

– Azərbaycan çempionu “Olimpiakos”, “Frayburq” və “Nant”la mübarizə aparır. Bu qrupda şansları necə görürsünüz?

– Bu cür komandalara rəqib olmaq “Qarabağ”ın gücünü göstərir. Dünyanın ən yaxşı iki liqasının klubları və Yunanıstanın ən böyük komandası ilə mübarizə aparırlar. Bir daha təkrar edirəm: “Qarabağ”ın qrupdan çıxmaq şansı digərlərindən az deyil.

CAVAD

Reklam

Reklam


blank
Dünya futbolu2022-12-03 11:49

DÇ-2022: Braziliya 24 il sonra bu aqibətlə üzləşdi

blank
Müsahibə2022-12-03 11:12

Luvaqa “Səbail”də inkişaf görür: “Fərq liqada yox, komandalardadır”

blank
Dünya futbolu2022-12-03 10:54

Millimizin rəqibi Tyerri Anriyə tapşırılır

blank
Dünya futbolu2022-12-03 10:36

DÇ-2022: 1/8 final mərhələsinə start verilir – YENİLƏNİR

blank
Ölkə futbolu2022-12-03 10:25

“Qəbələ”nin “Səbail”lə 23-cü dueli

blank
Dünya futbolu2022-12-03 09:37

Afrikalıların Braziliya üzərində ilk qələbəsi

blank
Premyer-liqa2022-12-03 09:30

“Qəbələ” “Səbail”ə, “Sabah” “Şamaxı”ya qarşı – YENİLƏNİR

blank
Dünya futbolu2022-12-03 09:20

Serblərin arzuolunmaz, isveçrəlilərin alqışalayiq seriyası

blank
Ölkə futbolu2022-12-03 09:00

Utancaq məşqçinin oyuncaq futbolu

blank
Dünya futbolu2022-12-03 01:50

Millimizin hücumçusundan “Şalke”də daha bir qol

blank
Dünya futbolu2022-12-03 01:23

DÇ-2022: 1/8 final cütləri bəlli oldu

blank
Dünya futbolu2022-12-03 00:59

DÇ-2022: Cənubi Koreya və İsveçrə də 1/8 finalda!

blank
Premyer-liqa2022-12-03 00:16

Azərbaycan derbisində darmadağın – VİDEO

blank
Premyer-liqa2022-12-02 23:53

Regekampf: “Utanıram”

blank
Dünya futbolu2022-12-02 23:40

Şakiri yenə baş rolda

blank
Premyer-liqa2022-12-02 23:33

Qurban Qurbanov: “Bu gün bizim oyunumuz daha yaxşı alındı”

blank
I Divizion2022-12-02 23:27

Birinci Divizion üçün yeni planlar

blank
Premyer-liqa2022-12-02 23:20

“Qarabağ”ın legioneri derbidə sıradan çıxdı

blank
Dünya futbolu2022-12-02 23:02

Daha bir istefa

blank
Premyer-liqa2022-12-02 22:50

“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu

blank
Dünya futbolu2022-12-02 22:18

Yenə Ronaldo fərqi

blank
Dünya futbolu2022-12-02 22:07

Suareslə Qananı birləşdirən məqamlar

blank
Dünya futbolu2022-12-02 21:56

Portuqaliyanın hesabı açdığı matçlarda ilk məğlubiyyəti

blank
Digər2022-12-02 21:45

Ölkə kubokunda komanda yarışlarına yekun vuruldu

blank
Dünya futbolu2022-12-02 21:35

Uruqvayın faydasız qələbəsi

blank
Digər idman növləri2022-12-02 20:33

Azərbaycan çempionatında ilk qaliblər müəyyənləşdi

blank
Ölkə futbolu2022-12-02 19:42

“Sumqayıt” üçün yeni dizaynlı avtobus – FOTO

blank
Dünya futbolu2022-12-02 18:43

Braziliya yığmasında Neymar sevinci

blank
Ölkə futbolu2022-12-02 18:00

“Səbail” rəsmisinə 3 aylıq cəza, “Neftçi”yə texniki məğlubiyyət verildi

blank
Ölkə futbolu2022-12-02 17:48

AFFA-dan Ayaz Quliyevin pasport almasına dair xəbərlərə reaksiya

blank
Premyer-liqa2022-12-03 00:16

Azərbaycan derbisində darmadağın – VİDEO

blank
Premyer-liqa2022-11-29 20:11

“Qəbələ” Sumqayıtdan 1 xalla qayıtdı – VİDEO

blank
Premyer-liqa2022-11-29 17:21

“Turan Tovuz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2022-11-28 21:39

Rəşad Sadıqov: “Belə xallar çempionatın sonunda çox dəyərli olur”

blank
Premyer-liqa2022-11-28 21:27

“Zirə” “Qarabağ”dan belə xal aldı – VİDEO

blank
Premyer-liqa2022-11-28 17:28

“Şamaxı” və “Kəpəz”dən hərəyə 1 qol və 1 xal – VİDEO

blank
Ölkə futbolu2022-11-28 11:21

Fariz Nəcəfov: “Müharibədə ölməkdən bir an belə qorxmamışam” – VİDEO

blank
Premyer-liqa2022-11-27 18:45

Emin Mahmudov het-trik etdi, “Neftçi” 3 xala sevindi – VİDEO

blank
Ölkə kuboku2022-11-23 20:10

“Sabah” 1/4-ə darmadağınla yüksəldi – VİDEO

blank
Ölkə kuboku2022-11-23 18:40

“Zirə” 2 cavabsız qolla 1/4 finalda – VİDEO

blank
Ölkə kuboku2022-11-23 16:54

Rəşad Sadıqov “Mingəçevir” üzərindəki qələbədən danışdı – VİDEO

blank
Ölkə kuboku2022-11-23 11:01

“Səbail” 4 cavabsız qolla 1/4 finalda – VİDEO

blank
Ölkə kuboku2022-11-22 17:45

“Turan Tovuz”a 1 qol bəs etdi – VİDEO

blank
Milli komanda2022-11-20 22:44

Millimizin Skopye zəfəri – VİDEO

blank
Milli komanda2022-11-17 10:21

Millimizin Kişinyov zəfəri – VİDEO

blank
Ölkə futbolu2022-11-16 16:06

“Sabah”dan bombardiri ilə yeni müqavilə

blank
Ölkə futbolu2022-11-14 18:40

Yevlaxda futbol sevinci – VİDEO

blank
Premyer-liqa2022-11-13 20:13

“Qarabağ”ı büdrədən tapıldı – VİDEO

blank
Premyer-liqa2022-11-13 18:04

Qərb derbisində heç-heçə – VİDEO

Premyer-liqa2022-11-13 17:42

Tərlan Əhmədov: “Bu gün məğlub da olsaydıq, komandadan razı qalardım” – VİDEO

blank
Premyer-liqa2022-11-13 17:23

Ayxan Abbasov: “Xal, qələbə üçün çox əziyyət çəkmək lazımdır” – VİDEO

blank
Premyer-liqa2022-11-12 21:55

“Neftçi”dən inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2022-11-12 19:36

Rəşad Sadıqov: “Onlar səviyyəcə digər komandalardan fərqlənirlər”

blank
Premyer-liqa2022-11-12 19:05

“Zirə” “Səbail”i tək qolla yendi – VİDEO

blank
Premyer-liqa2022-11-11 17:24

Şamaxıda 6 qolluq oyun – VİDEO

blank
Premyer-liqa2022-11-09 18:00

“Qarabağ”dan ardıcıl 13-cü qələbə – VİDEO

blank
Premyer-liqa2022-11-09 17:40

“Bu, güclənməyimizə imkan vermir” – Ayxan Abbasov

blank
Premyer-liqa2022-11-09 17:18

“Buna bir çıxış yolu tapmaq lazımdır” – Qurban Qurbanov

blank
Dünya futbolu2022-11-07 10:17

10 futbolçu meydandan qovuldu, “Rasinq” qalib elan edildi – VİDEO

blank
Premyer-liqa2022-11-06 21:46

“Qarabağ”la “Kəpəz” də bacarmadı – VİDEO

Facebook

Gündəm