Dünya futbolu
Alaba ÇL-in finalında oynaya biləcək
“Real”ın müdafiəçisi David Alaba Çempionlar Liqasının finalında oynamağa hazır olduğunu deyib.
Futbolinfo.az İspaniya mətbuatına istinadən xəbər verir ki, avstriyalı futbolçu bunun üçün çox çalışdığını deyib:
“Özümü çox yaxşı hiss edirəm. Sağalmağa vaxtım var idi. Hazır olmaq üçün son günlər çox çalışdım”.
29 yaşlı futbolçu “Mançester Siti” ilə yarımfinalın cavab matçını səhhətindəki problemlərə görə buraxmışdı.
O, bu mövsüm “Real”ın heyətində 45 oyuna çıxıb, 3 qol vurub, 4 məhsuldar ötürmə edib.
“Real”ın “Liverpul”la qarşılaşacağı Çempionlar Liqasının final matçı mayın 28-də keçiriləcək.
- Milli komanda2024-04-17 12:23
Yığmamızın baş məşqçi postuna isveçrəli namizəd
- Ölkə futbolu2024-04-17 17:17
Kadiri yeni məşqçiyə uyğunlaşır: “Zamana ehtiyacımız var”
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Müsahibə2024-04-17 16:07
Sekidika çempionatın səviyyəsindən razıdır: “İstənilən komandanı məğlub etmək olar”