Dünya futbolu
Albadan qəfil qərar

“Barselona”nın kapitanı Jordi Alba klubdan ayrılmağa qərar verib. Təcrübəli müdafiəçi yayda başqa kluba keçmək niyyətindədir.
Futbolinfo.az xəbər verir ki, ispan müdafiəçi maliyyə durumu yaxşı olmayan klubdan ayrılaraq ərəb ölkələrindən gələn təkliflərin birin dəyərləndirmək istəyir. Onun qəfil qərarının səbəbi budur. Futbolçu klubla problemi olmadığını deyib və bunun isbatı kimi “Barselona”nın ona borclu olduğu pulun yarısından imtina edib.
Sol cinah oyunçusu 11 ildir İspaniya nəhənginin formasını geyir. Bütün titullara yiyələnən 34 yaşlı Albanın müqaviləsi gələn yay başa çatacaqdı. İndi isə onunla yollar qarşılıqlı razılıq əsasında ayrılacaq.

- Ölkə futbolu2023-05-24 08:30
Qurban Qurbanov Jan Borotra fəxri diplomuna layiq görüldü
- Ölkə futbolu2023-05-25 08:30
Şeydayev kəndlilərin komandasında: növbəti uğurlu azad agent ovu
- Ölkə futbolu2023-05-24 15:45
“Qarabağ” üçün maraqlı xəbər: Lunyov Rusiyaya qayıtmayacaq
- I Divizion2023-05-25 15:39
AFFA rəhbərliyinin səbəbkar olduğu bataqlıq: stimulu qumarda tapanlar