Bizi izləyin

Milli komanda

Albenada futbolumuzun sabahının premyerası

blank
blank

Azərbaycan futbolunun bünövrəsi məhv edilib. 14 ildi AFFA-ya rəhbərlik edən marketoloqlar dəstəsinin səriştəsizliyi üzündən vəziyyət ümidsiz hala gəlib. O qədər bərbad durumdu ki, təsadüfi qələbələrlə real durumu pərdələməyə çalışırlar.

Bu gün ölkə futbolunun bütün eyiblərini “Qarabağ”ın fərdi uğurları örtür. Peşəkar insanların qurduğu işlək sistemin meyvəsi olan Ağdam klubunu nəzərə almasaq, Azərbaycanda futbol adına heç nə yoxdur.

Milli komandanın son qələbələrini şişirtməyə çalışanların da məqsədi budur. Motivasiyasız rəqiblər üzərində formal matçlarda qazanılan yalançı qələbələr yalnız bacarıqsızların günahlarını unutdurmaq üçündü. Qitə nəhənglərinin olmadığı qrupda zəif rəqiblərin məğlub edilməməsi, lider olmağa borclu olduğumuz yarışda hədəfdən son iki qarşılaşmaya çıxmadan uzaq düşmək fiasko sayılmalıdı.

Ermənistan, Gürcüstan, ardınca da Qazaxıstan bir üst liqaya vəsiqə qazandığı bir məqamda faydasız qələbələri əldə bayraq etmək acizliyin əlamətidi. Hətta Millətlər Liqasında bunu bacarmayanların Dünya və Avropa çempionatlarının seçmə mərhələsində hansı biabırçılığa imza atacağını təsəvvür belə etmək istəmirsən – 30 ildi görürük, davamı da gələcək.

Milli komanda ardıcıl 3 matçda qalib gəlibsə, bu, real inkişaf göstəricisi deyil. Əvvəla, rəqiblərin gücü nəzərə alınmalıdı. Son iki matçda isə Slovakiya və Qazaxıstanın heç bir turnir marağı qalmamışdı. Slovaklarda nəsildəyişmə prosesi gedir, komanda yenilənir, qazaxlar isə Bakıya gələnədək liderliyi təmin etmişdi, üstəlik, hesab 0:0 olarkən azlıqda qalıb bir saatı 10 nəfərlə keçirdilər.

Bütün bunlarla yanaşı, milli komandamızın əcnəbilər hesabına gücləndiyini də unutmayaq. Son iki matçda start heyətdə meydana çıxan futbolçulardan 9-u milliləşənlər və Azərbaycandan kənarda yetişənlər idi. Formal oyunlar olsa da belə, həmin qələbələri rəsmiləşdirmək üçün müəyyən oyun sərgiləmək lazım idi və milliləşənlərin hesabına bunu reallaşdırdıq.

Öncəki abzasda xatırlatdığımız statistika son illərdə Azərbaycan futbolunun mənzərəsini əks etdirir. AFFA yeni nəslin yetişdirilməsi istiqamətində heç bir iş görməyib, klubları buna stimullaşdıracaq, məcbur edəcək heç bir layihə ortaya qoymayıb. Ən pisi odur ki, aşağı yaş qrupundan ibarət yığmalarımızın nəticələri sabahın daha pis olacağını deməyə əsas verir.

Milli komanda bugünün güzgüsüdü, digər yığmalarımız isə sabahkı potensiala nəzər yetirməyə imkan verir. Müxtəlif yığmalarımızın illərdi son pillələrdə sürünməsini xatrlatmağa gərək yoxdu, təkcə dünən baş tutan 3 oyunun nəticəsinə baxıb, fikir bildirmək olur.

Dünən U-21 yığmamız yoxlama matçında Moldovanı yenə bilmədi. Oyunun Bakıda, azərbaycanlı hakimlərin idarəçiliyi ilə reallaşmasaydı, bəlkə də indi məğlubiyyət hesabından danışırdıq.

Türkiyənin Ərzurum şəhərində təlim-məşq toplanışında olan U-16 isə yerli həmyaşıdları ilə üz-üzə gəldi və 1:3 hesabıyla uduzdu. Yoxlama matçı olsa da, nəticə əyusedicidi.

Və ən nəhayət, 19 yaşlılarımız Bolqarıstandakı biabırcı çıxışına fiaskoyla nöqtə qoydu. İllərdi bəslədiyimiz, hətta yığma komandaların ümumi koordinatoru təyin etdiyimiz Miloş Velebit 3 ildi rəhbərlik etdiyi komandanı hamıya uduzdurdu. Təsəvvür edin, qrupdakı 3 rəqibimiz bir-biri ilə heç-heçə etdi və Albena şəhərində məhz bizə daha çox qol vuranlar ilk iki pillənin sahibi kimi növbəti mərhələyə yüksəldi.

Yığmamızın “cırtdan” Lüksemburqa yenilməsi isə utancın ən böyüyüdü. Milan Obradoviç bizi Lixtenşteynin tarixinə salmışdısa, Velebit də Lüksemburqun mərhələ adlamasına töhfə verdi. 3 oyun, 3 məğlubiyyət.

Bu oyunları xatırlatmaqda məqsəd real mənzərəni izah etməkdi. Özümüzü aldatmayaq, Azərbaycan futbolunun sabahı yoxdur. De Byaziyə, Velebitə milyonlar yetirtməkdənsə, həmin pulları bünövrəyə yatırmaq, mükəmməl strategiya ilə yeni sistem qurmaq lazımdı. Əsas millinin qazandığı qələbələr təsadüfidi, belə ehtiyat qüvvə ilə davamı olmayacaq. Qərar verənlər seçimlərini edərkən mütləq bu məqamları nəzərə almalıdı. Onlara həqiqətən Azərbaycan futbolu lazımdırsa…

CAVAD

Reklam

Reklam


blank
Dünya futbolu2022-12-03 13:23

Braziliya yığmasında yeni rekordçu

blank
Dünya futbolu2022-12-03 12:58

Neymar Cənubi Koreya ilə oyunu da buraxacaq?

blank
Dünya futbolu2022-12-03 12:26

Peleyə diaqnoz qoyuldu

blank
Dünya futbolu2022-12-03 11:49

DÇ-2022: Braziliya 24 il sonra bu aqibətlə üzləşdi

blank
Müsahibə2022-12-03 11:12

Luvaqa “Səbail”də inkişaf görür: “Fərq liqada yox, komandalardadır”

blank
Dünya futbolu2022-12-03 10:54

Millimizin rəqibi Tyerri Anriyə tapşırılır

blank
Dünya futbolu2022-12-03 10:36

DÇ-2022: 1/8 final mərhələsinə start verilir – YENİLƏNİR

blank
Ölkə futbolu2022-12-03 10:25

“Qəbələ”nin “Səbail”lə 23-cü dueli

blank
Dünya futbolu2022-12-03 09:37

Afrikalıların Braziliya üzərində ilk qələbəsi

blank
Premyer-liqa2022-12-03 09:30

“Qəbələ” “Səbail”ə, “Sabah” “Şamaxı”ya qarşı – YENİLƏNİR

blank
Dünya futbolu2022-12-03 09:20

Serblərin arzuolunmaz, isveçrəlilərin alqışalayiq seriyası

blank
Ölkə futbolu2022-12-03 09:00

Utancaq məşqçinin oyuncaq futbolu

blank
Dünya futbolu2022-12-03 01:50

Millimizin hücumçusundan “Şalke”də daha bir qol

blank
Dünya futbolu2022-12-03 01:23

DÇ-2022: 1/8 final cütləri bəlli oldu

blank
Dünya futbolu2022-12-03 00:59

DÇ-2022: Cənubi Koreya və İsveçrə də 1/8 finalda!

blank
Premyer-liqa2022-12-03 00:16

Azərbaycan derbisində darmadağın – VİDEO

blank
Premyer-liqa2022-12-02 23:53

Regekampf: “Utanıram”

blank
Dünya futbolu2022-12-02 23:40

Şakiri yenə baş rolda

blank
Premyer-liqa2022-12-02 23:33

Qurban Qurbanov: “Bu gün bizim oyunumuz daha yaxşı alındı”

blank
I Divizion2022-12-02 23:27

Birinci Divizion üçün yeni planlar

blank
Premyer-liqa2022-12-02 23:20

“Qarabağ”ın legioneri derbidə sıradan çıxdı

blank
Dünya futbolu2022-12-02 23:02

Daha bir istefa

blank
Premyer-liqa2022-12-02 22:50

“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu

blank
Dünya futbolu2022-12-02 22:18

Yenə Ronaldo fərqi

blank
Dünya futbolu2022-12-02 22:07

Suareslə Qananı birləşdirən məqamlar

blank
Dünya futbolu2022-12-02 21:56

Portuqaliyanın hesabı açdığı matçlarda ilk məğlubiyyəti

blank
Digər2022-12-02 21:45

Ölkə kubokunda komanda yarışlarına yekun vuruldu

blank
Dünya futbolu2022-12-02 21:35

Uruqvayın faydasız qələbəsi

blank
Digər idman növləri2022-12-02 20:33

Azərbaycan çempionatında ilk qaliblər müəyyənləşdi

blank
Ölkə futbolu2022-12-02 19:42

“Sumqayıt” üçün yeni dizaynlı avtobus – FOTO

blank
Premyer-liqa2022-12-03 00:16

Azərbaycan derbisində darmadağın – VİDEO

blank
Premyer-liqa2022-11-29 20:11

“Qəbələ” Sumqayıtdan 1 xalla qayıtdı – VİDEO

blank
Premyer-liqa2022-11-29 17:21

“Turan Tovuz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2022-11-28 21:39

Rəşad Sadıqov: “Belə xallar çempionatın sonunda çox dəyərli olur”

blank
Premyer-liqa2022-11-28 21:27

“Zirə” “Qarabağ”dan belə xal aldı – VİDEO

blank
Premyer-liqa2022-11-28 17:28

“Şamaxı” və “Kəpəz”dən hərəyə 1 qol və 1 xal – VİDEO

blank
Ölkə futbolu2022-11-28 11:21

Fariz Nəcəfov: “Müharibədə ölməkdən bir an belə qorxmamışam” – VİDEO

blank
Premyer-liqa2022-11-27 18:45

Emin Mahmudov het-trik etdi, “Neftçi” 3 xala sevindi – VİDEO

blank
Ölkə kuboku2022-11-23 20:10

“Sabah” 1/4-ə darmadağınla yüksəldi – VİDEO

blank
Ölkə kuboku2022-11-23 18:40

“Zirə” 2 cavabsız qolla 1/4 finalda – VİDEO

blank
Ölkə kuboku2022-11-23 16:54

Rəşad Sadıqov “Mingəçevir” üzərindəki qələbədən danışdı – VİDEO

blank
Ölkə kuboku2022-11-23 11:01

“Səbail” 4 cavabsız qolla 1/4 finalda – VİDEO

blank
Ölkə kuboku2022-11-22 17:45

“Turan Tovuz”a 1 qol bəs etdi – VİDEO

blank
Milli komanda2022-11-20 22:44

Millimizin Skopye zəfəri – VİDEO

blank
Milli komanda2022-11-17 10:21

Millimizin Kişinyov zəfəri – VİDEO

blank
Ölkə futbolu2022-11-16 16:06

“Sabah”dan bombardiri ilə yeni müqavilə

blank
Ölkə futbolu2022-11-14 18:40

Yevlaxda futbol sevinci – VİDEO

blank
Premyer-liqa2022-11-13 20:13

“Qarabağ”ı büdrədən tapıldı – VİDEO

blank
Premyer-liqa2022-11-13 18:04

Qərb derbisində heç-heçə – VİDEO

Premyer-liqa2022-11-13 17:42

Tərlan Əhmədov: “Bu gün məğlub da olsaydıq, komandadan razı qalardım” – VİDEO

blank
Premyer-liqa2022-11-13 17:23

Ayxan Abbasov: “Xal, qələbə üçün çox əziyyət çəkmək lazımdır” – VİDEO

blank
Premyer-liqa2022-11-12 21:55

“Neftçi”dən inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2022-11-12 19:36

Rəşad Sadıqov: “Onlar səviyyəcə digər komandalardan fərqlənirlər”

blank
Premyer-liqa2022-11-12 19:05

“Zirə” “Səbail”i tək qolla yendi – VİDEO

blank
Premyer-liqa2022-11-11 17:24

Şamaxıda 6 qolluq oyun – VİDEO

blank
Premyer-liqa2022-11-09 18:00

“Qarabağ”dan ardıcıl 13-cü qələbə – VİDEO

blank
Premyer-liqa2022-11-09 17:40

“Bu, güclənməyimizə imkan vermir” – Ayxan Abbasov

blank
Premyer-liqa2022-11-09 17:18

“Buna bir çıxış yolu tapmaq lazımdır” – Qurban Qurbanov

blank
Dünya futbolu2022-11-07 10:17

10 futbolçu meydandan qovuldu, “Rasinq” qalib elan edildi – VİDEO

blank
Premyer-liqa2022-11-06 21:46

“Qarabağ”la “Kəpəz” də bacarmadı – VİDEO

Facebook

Gündəm