Ölkə futbolu
Aleksey İsayevin yeni klubu bəllidi
Aleksey İsayev yeni mövsümdə də Azərbaycanda oynayacaq. Amma “Sumqayıt”la müqaviləsinin müddəti bitən rusiyalı “kimyaçılar”ın düşərgəsinə qayıtmayacaq. Vətəninə yollanan Mehdi Şərifi və “Keşlə”yə keçən Şəhriyar Əliyev kimi onun üçün də “Sumqayıt” dəftəri bağlanıb.
Aleksey heç də “Qarabağ”ın düşərgəsində görünməyəcək. Yarımmüdafiəçinin ağdamlılarla danışıq apardığı deyilsə də, son çempion daha səviyyəli pleymeyker axtarışındadı və bütün diqqətini legioner seçiminə yönəldib. Əvəzində İsayevə ölkəizdə başqa müştəri tapılıb.
Deyilənlərə inansaq, Aleksey tezliklə “Sabah”ın sıralarına qatılacaq. Rəşad Eyyubovla vidalaşan paytaxt klubu onun yerini rusiyalı ilə doldurmaq niyyətindədi. Danışıqlar yekunlaşıb və rəsmi xəbər bugünlərdə açıqlanacaq. Hər iki tərəf rəsmi imzaya kimi susmağı üstün tutur.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”