“Araz-Naxçıvan”ın baş məşqçisi kimi yeni müqavilə imzalayan Elmar Baxşıyev əməli fəaliyyətə başlayıb. Təsadüfi deyil, muxtar respublika təmsilçisi artıq 4 rəsmi transferini açıqlayıb.

Futbolinfo.az xəbər verir ki, Ürfan Abbasov, Ülvi İsgəndərov, Tərlan Əhmədli və Ömər Buludovu heyətinə qatan naxçıvanlar yerli oyunçu potensialını xeyli yaxşılaşdırıb. Yəqin ki, qarşıdakı günlərdə komandada olan futbolçuların taleyinə aydınlıq gələcək, əksər legionerlər yola salınacaq. Daha sonra isə əcnəb transferləri ilə heyətin komplektləşdirilməsi yekunlaşacaq.

Artıq “Araz-Naxçıvan” transferinə çalışdığı futbolçulardan biri bəllidir. Zəngin təcrübəsi olan, ötən yay ölkə kubokunu qazandıqdan sonra “Qəbələ”dən ayrılan İsnik Alimi yenidən ölkəmizə qayıda bilər. Bölgə təmsilçisinn məhz maliyyə məsələlərində anlaşa bilmədiyi alban əsilli şimali makedoniyalı yarımmüdafiəçi qayıtmağa razılaşıb. Naxçıvanlılar onun illik 250 min dollar maaş tələbini qəbul edib, transferin reallaşması üçün son detallar dəqiqləşdirilir.

Vaxtilə bir sıra İtaliya klublarında da çıxış etmiş Alimi son mövsümü Rumıniya “Sepsi”sində keçirib, 35 oyunda 9 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb. 30 yaşlı futbolçu məhz Baxşıyev amilinə görə “Araz-Naxçıvan”a keçməyə razıdır. Keçid reallaşsa, Alimi Ürfan və Ülvidən sonra Elmar bəyin “Qəbələ”dən gətirdiyi 3-cü oyunçu olacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp