Dünya futbolu
Alkaser “Vilyarreal”da – RƏSMİ
İspaniyanın “Vilyarreal” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolinfo.az xəbər verir ki, La Liqa təmsilçisi Dortmund “Borussiya”sının hücumçusu Pako Alkaseri transfer edib.
Bu barədə “Vilyarreal”ın rəsmi saytı məlumat yayıb. “Pako” ləqəbli 26 yaşlı futbolçu yeni klubu ilə 5 illik müqaviləyə imza atıb. İspaniyalı hücumçu 17 nömrəli formanı geyinəcək.
“Vilyarreal” bu transfer üçün Almaniya klubuna 23 milyon avro ödəyəcək.
Bu mövsüm “Borussiya”da 15 oyuna çıxan Alkaser, 7 qola imza atıb. “Valensiya”nın yetirməsi olan, İspaniya yığmasının da formasını geyinən forvard karyerası ərzində “Xetafe” və “Barselona”nın da uğurları üçün çalışıb.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq