Dünya futbolu
Almaniya klubu Nazarovla danışıqlara başladı
Almaniyanın “Ersgebirge” klubu Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarovla danışıqlara başlayıb.
Futbolinfo.az yerli mətbuata istinadən xəbər verir ki, Aue təmsilçisi 32 yaşlı hücumçunu komandada saxlamaq istəyir.
Klub prezidenti Helge Leonhardt müqaviləsinin müddəti başa çatan 12 oyunçudan yeddisinin komandada qala biləcəyini söyləyib. Rəhbərlik heyətdəki bir neçə təcrübəli futbolçunu saxlamaq niyyətindədir. Lakin hələlik onların heç biri ilə razılıq əldə olunmayıb.
23 xalla 17-ci pillədə qərarlaşan “Ersgebirge”nin aşağı liqaya düşəcəyi dəqiqləşib. Nazarovun klubla 2023-cü ilin yayınadək müqaviləsi olsa da, komanda 2-ci Bundesliqanı tərk etdiyi üçün sözləşmədəki bənd onun azad agent statusu almasına yardımçı olacaq.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Milli komanda2024-04-22 13:46
Fişer: “AFFA-dan təklif almamışam”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…