Dünya futbolu
Almaniya Super Kubokunu da “Bavariya” qazandı
Futbol üzrə Almanya Super Kubokunun yeni qalibi müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, 2020-ci ilin Super Kubok matçı “Bavariya” ilə Dortmund “Borussiya”sı ilə qarşılaşıb.
Beş qolun qeydə alındığı matç dortmundluların məğlubiyyəti ilə bitib – 2:3. Beləcə, “Bavariya” növbəti titulunu qazanıb. Bu, komandanın il ərzində 5-ci tituludur. Avropada Çempionlar Liqası və Super Kuboka yiyələnən “Bavariya” Almaniyada çempionluqla kubokun ardından Super Kubokun da qalibi olub.
Xatırladaq ki, ötən il də Almaniya Super Kubok matçında bu iki klub üz-üzə gəlmişdi. Həmin oyunda “Borussiya” qalib gəlmişdi.
Almaniya Super Kuboku
30 sentyabr
Borussiya – Bavariya 2:3
Qol: Brandt, 39. Haland, 55 – Tolisso, 18. Müller, 32. Kimmix, 82.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq