Bizi izləyin

Milli komanda

Almeydanın vida mesajı: “Mən səni sevirəm, Azərbaycan!”

blank
blank

“Qarabağ”ın futbolçusu Riçard Almeyda Azərbaycan millisindəki karyerasını başa vurub. 34 yaşlı yarımmüdafiəçi bununla bağlı sosial şəvəkə hesabında paylaşım edib.

Braziliyalı artıq milli ilə vidalaşmalı və bütün fikrini “Qarabağ”ın matçlarına yönəltməli olduğunu bildirib. 2017-ci ildə milliləşdirilərək yığmamıza cəlb edilən oyunçu 31 oyun keçirib və 3 qol vurub.

Almeyda vidası ilə bağlı şəxsi İnstaqram səhifəsindəki paylaşımında əvvəlcə yığmamıza gəlişini xatırlayıb: “Azərbaycana – “Qarabağ”a 2012-ci ildə gəlmişəm. Bu ölkəni, onun insanlarını sevdim, tez uyğunlaşdım. İllər keçdi və millidə oynamaq imkanım oldu. Qurban Qurbanov söhbətində mənə dedi ki, “Əgər sən həqiqətən də bütün ürəyinlə millidə oynamaq istəyirsənsə, o zaman başqa amillərə fikir vermə. Qərarını sevgi ilə verməlisən“. Milli komandanı pula görə yox, bu ölkəni və xalqını sevdiyim üçün seçdim…

Düşünürəm ki, artıq vaxt yetişib. Çox fikirləşdikdən sonra bu qərarı verdim. Milli komanda ilə vidalaşmalı olduğum gün gəldi… 6 il milli formanı qürurla geyinmişəm, bu hekayənin hər səhifəsi mənim üçün özəldir, bu anları heç vaxt unutmayacağam və həmişə ürəyimdə saxlayacağam. Qurban Qurbanov, Robert Prosineçki, Nikola Yurçeviç, Canni De Byaziyə, eləcə də millinin digər məşqçilərinə əməkdaşlığa görə təşəkkür edirəm. Bu illər ərzində hər kəsdən çox şey öyrəndim. Bütün keçmiş və indiki komanda yoldaşlarıma milli komandada olan unudulmaz macəraya görə təşəkkür edirəm. Hər zaman millinin yanında olan azarkeşlərə təşəkkür edirəm! Biz həmişə sizin dəstəyinizi hiss edirik. Siz hər şeyin ən yaxşısına layiqsiz! Biz eniş və yoxuşları, qələbə və məğlubiyyətləri, xoşbəxtlik və kədəri birlikdə paylaşırıq! Ümid edirəm ki, bundan sonra da belə olacaq…”

Braziliyalı futbolçu bundan sonra diqqətini “Qarabağ”ın oyunlarına yönəldəcəyini bildirib: “Hörmətli azarkeşlər, mən milli oyunların həyəcanını daha meydanda yox, sizin sıralarınızda yaşayacağam. Hazırda bütün qüvvəmi məni sizlərdən birinə çevirən “Qarabağ”a sərf etmək istəyirəm. Növbəti oyunlarda milli komandaya uğurlar! İnanıram ki, komandamız daha yaxşı nəticələr qazanacaq və azarkeşləri sevindirəcək. Milli komandamızın çılğın azarkeşi olmağa davam edəcəyəm. Mən Azərbaycanı və bu ölkənin xalqını çox sevirəm. Sən həmişə mənim ürəyimdəsən. Mən səni sevirəm, Azərbaycan!”

Xatırladaq ki, Riçard yığmada 2017-ci ildə debüt edib. O, Robert Prosineçkinin məşqçilik etdiyi dövrdə milliləşdirilib. Yarımmüdafiəçi ilk matçını DÇ-2018-in seçmə mərhələsində Şimali İrlandiyaya qarşı keçirib və 90 dəqiqə meydanda qalıb.

Reklam

Reklam


blank
Premyer-liqa2024-04-16 15:14

“Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlandı

blank
Digər idman növləri2024-04-16 14:58

Avropa çempionlarımız Vətənə qayıdıb

blank
Milli komanda2024-04-16 14:47

UEFA AFFA-nı cərimələdi

blank
Digər idman növləri2024-04-16 14:36

Olimpiadaya lisenziya qazanan yığmamız Vətənə dönüb

blank
Dünya futbolu2024-04-16 14:25

Dünya çempionu vəfat etdi

blank
Dünya futbolu2024-04-16 14:14

Musa Qurbanlı “Yurqorden”in U-21 komandasında qol vurdu

blank
Milli komanda2024-04-16 14:03

Millimizin Monteneqrodakı toplanışı üçün 20 oyunçu

blank
Milli komanda2024-04-16 13:52

Millimiz bu gün növbəti yoldaşlıq oyununu keçirəcək

blank
Ölkə futbolu2024-04-16 13:41

“Zirə”də oynamış futbolçu 35 yaşında vəfat etdi

blank
Dünya futbolu2024-04-16 13:30

Dadaşov üçün mövsüm erkən bitdi

blank
Ölkə futbolu2024-04-16 13:19

AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir

blank
Digər idman növləri2024-04-16 13:01

Makron Olimpiada üçün seçim edir

blank
Digər idman növləri2024-04-16 12:44

Sinner Madriddə oynayacağını təsdiq etdi

blank
Ölkə futbolu2024-04-16 12:27

Rəhbərsiz “Neftci”: qeyri-müəyyənlik davam edir

blank
Digər idman növləri2024-04-16 12:09

Nadal 680 gündən sonra yenidən kortda

blank
Digər idman növləri2024-04-16 11:55

Kanadalı hokkeyçi 21-ci əsrdə ilkə imza atdı

blank
Dünya futbolu2024-04-16 11:40

Zidan Riberi ilə birlikdə qayıdır

blank
Digər idman növləri2024-04-16 11:25

MBA-da rekord nəticə

blank
Digər idman növləri2024-04-16 11:10

ABŞ millisinin heyəti elan edildi

blank
Dünya futbolu2024-04-16 10:55

Ronaldo cəzalanacaq

blank
Digər idman növləri2024-04-16 10:38

İddiaçılar Turniri: Abasov yenə uduzdu

blank
Dünya futbolu2024-04-16 10:19

Çempionlar Liqasında ilk yarımfinalçılar müəyyənləşir

blank
Digər2024-04-16 10:00

MİSLİ ilə qazan!

blank
I Liqa2024-04-16 09:45

“Mingəçevir” növbəti oyuna hazırlaşır – VİDEO

blank
Digər idman növləri2024-04-16 09:27

“Göyçay kuboku”nu sumqayıtlılar qazandı

blank
Ölkə futbolu2024-04-16 09:10

Lunyov “Qarabağ”dan ayrıla bilər

blank
Digər idman növləri2024-04-16 08:51

Atası Mariyanın yığmamızda çıxış etməsini istəyirmiş

blank
Ölkə futbolu2024-04-16 08:34

“Zirə” – Avropada 8-ci komanda

blank
Dünya futbolu2024-04-16 08:17

Hüseynovlu “Arda” “Ludoqorets”lə bacarmadı

blank
Müsahibə2024-04-16 08:00

Atanqana döyülməsini təkzib edir: “Komanda yoldaşlarımla aramızda heç bir problem yaşanmayıb”

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm