Dünya futbolu
Alonso “Bayer”də qalacaq
“Bayer”in baş məşqçisi Xabi Alonso ən azı daha bir mövsüm Leverkuzendə qalacaq. Adı “Tottenhem” və “Real”la yanaşı çəkilən ispan mütəxəssis heç yerə getməyəcəyini deyib.
Futbolinfo.az xəbər verir ki, Alonso bu barədə “Bild”ə danışıb: “Uzun illərdir futbolun içindəyəm. Belə şayiələr hər zaman olub və olacaq. Amma mən heç yerə getmirəm. “Bayer”də görəcək çox işlərimiz var”.
Xabi hər iki klubun rəhbərliyinə hörmət etdiyini, lakin heç bir təklif almadığını deyib: “Hətta təklif alsam da, bu, heç nəyi dəyişməyəcək. Bir neçə aydır bütün düşüncələrim komanda quruculuğuna, inkişafa nəticə qazanmağa yönəlib. 100 faiz belədir. Bu mövsüm də, gələn mövsüm də Leverkuzendə olacağam”.