Dünya futbolu
Alveşi azı 7 il həbs gözləyir – başqa həbsxanaya köçürüldü
Dani Alveşin vəziyyəti çətinləşir. Günahının sübut olunacağı real görünən braziliyalı başqa bir həbsxanaya göndərilib və məhkəmə qərarına kimi orada saxlanılacaq.
Futbolinfo.az xəbər verir ki, bir qadına təcavüz etdiyi iddiası ilə saxlanılan müdafiəçinin əleyhinə olan yeni görüntülər üzə çıxıb. Yeni videoda bəzi incəliklər dəqiqliklə görünür.
Bir rəfiqəsi ilə gecə klubuna gedən, burada Alveş və dostunun dəvəti ilə onların stoluna keçən xanım tanınan futbolçuyla tanış olduğunu sonradan bilib. Söhbət əsnasında xoşagəlməz olaylar yaşanıb, məsələ VIP-tualetə qovalamağa kimi uzanıb. Daninin təcavüzkar hərəkətləri kameralara düşüb. Qadının imtinası futbolçunun kobudluqları ilə müşaiyət olunub.
İndi Alveşi azı 7 ilədək həbs cəzası gözləyir. Şahidlərin ifadəsi alındıqdan, görüntülərə baxıldıqdan sonra yekun qərar veriləcək.