Dünya futbolu
Ançelotti postunda qaldı, braziliyalılar məyus oldu
“Real”ın prezidenti Florentino Peres sözündən dönməyib. O, baş məşqçi Karlo Ançelottini istefaya göndərməyəcək.
Futbolinfo.az xəbər verir ki, rəhbərlik madridlilərin Klublararası Dünya Çempionatında qalib olmasını və İspaniya Kubokunu qazanmasını yetərli sayıb. Çempionlar Liqasının yarımfinalına kimi irəliləyən komandanın bu titulu qazanmamasının heyətin yetərsizliyi ilə bağlı olduğunu düşünən Pers Ançelottiyə daha bir mövsüm şans vermək niyyətindədir. Prezident baş məşqçi ilə bu gün görüşüb və yeni mövsümün planlarını müzakirə ediblər.
Peresin güvənini qazanan Ançelottinin qalması braziliyalıları məyus edib. İtaliyalı mütəxəssisi milli komandanın başına gətirmək istəyən cənubi amerikalılar indi yeni məşqçi axtarmalıdır.